Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yem mənbələrinin yaradılması intensiv arıçılığı stimullaşdıracaq – ekspert məqaləsi

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”

Bakı, 23 aprel, AZƏRTAC

Son illər ölkəmizdə heyvandarlığın əsas sahələrindən biri kimi arıçılıq xeyli inkişaf edib, bu sektorda fəaliyyət göstərən təsərrüfatların subsidiyalaşdırılması, bazara çıxışının təmin olunması istiqamətində mühüm addımlar atılıb. Rəsmi göstəricilərə əsasən, hazırda respublikada təxminən 3 min fermer 400 minə yaxın arı ailəsinə qulluq göstərir. Bu sahəyə dövlət dəstəyi tədbirləri ilə yanaşı, arıçılığa elmi-texniki dəstəyin göstərilməsi son dərəcə vacibdir.

AZƏRTAC aqrar ekspert Nicat Nəsirlinin intensiv arıçılıqla bağlı məqaləsini təqdim edir.

“Qlobal iqlim dəyişmələri, arıçılıq üçün münbit ərazilərimizin işğalı bizi intensiv arıçılıq metodlarına keçməyə vadar edir”

Arıçılıqda damazlıq-seleksiya işinin təşkili, arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması, xəstəliklərlə mübarizə, baltutar yem mənbələrinin yaradılması kimi mühüm amillər ölkədə intensiv arıçılığın formalaşdırılması üçün qarşıda duran hədəflərdir. Bu baxımdan arıçılıq sahəsində elmi informasiya təminatının həyata keçirilməsi məqsədilə Aqrar Elm və İnnovasiya Mərkəzi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb. Mərkəz fəaliyyət göstərdiyi dörd il ərzində BMT-nin Ümumdünya Ərzaq Təşkilatının dəstəyi ilə arıçılıqda süni mayalandırma texnologiyasının tətbiqi təcrübəsini öyrənib, təmizqanlı Bozdağ Qafqaz arı cinsinin genetik ehtiyatını yaradıb, 200 arı ailəsindən ibarət genefond arıxana qurub. Respublikamızda ilk dəfə olaraq, türkiyəli mütəxəssislərin iştirakı ilə süni mayalanma yolu ilə 70 ana arı mayalandırılaraq genefonda daxil edilib. Gələcəkdə bu arıların çoxaldılaraq fermer təsərrüfatlarında yayılması üzərində elmi təcrübələr aparılır. Mərkəz daxilində arıçılıq məhsullarının tədarükü və analizi laboratoriyaları təşkil olunub, “Eksperimental-istehsalat Faxralı təcrübə şöbəsi” avadanlıqlarla təchiz edilib, toz və nektar verən ağac, kol, ot bitkilərindən ibarət balverən özül bağ sahəsi salınıb.

Mərkəzin rəisi, professor Allahverdi Seyidov bildirib ki, ölkəmizin ərazisində tarixən qonur və boz rəngli arılar məskən salıb. Bu arılar dağ və dağətəyi bölgələrdə yayılmaqla mövsüm ərzində meşə, çəmən və otlaqlarda olan bitkilərin çiçəklərinin dərin qönçələrindən nektar şirəsini toplamaqla qidalanıb. Onlarda min illər ərzində bitkilərin xüsusiyyətlərinə xas olan uzun xortumluluq və eyni zamanda, çiçəklər arasında seçim etməmək əlaməti yaranıb ki, bu da onu başqa növ arılardan fərqləndirən əsas səciyyəvi xüsusiyyətlərdəndir. Arıçılığın qədim ocaqları Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı, Lənkəran-Astara, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan regionları sayılır. Həmin bölgələrin balverən bitkilərlə zəngin yerləri və əlverişli iqlimi var. Lakin qlobal iqlim dəyişmələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində arıçılıq üçün münbit ərazilərimizin işğal olunması kimi faktlar bizi intensiv arıçılıq metodlarına keçməyə vadar edir.

Yem bazasını arıxananın yaxınlığında yaratmaq lazımdır

“Arıçılıqda məhsuldarlığın yüksəldilməsində əsas yollardan biri yem bazasının yaradılmasıdır. Artıq köçəri arıçılıqla yem təminatını həyata keçirmək mümkün deyil. Elm mərkəzi olaraq təklif edirik ki, arını yemin yanına aparmaq yox, yem bazasını arıxananın yaxınlığında yaratmaq lazımdır. Bunun üçün hər bir arıçı balverən ağac və kolların əkinini həyata keçirməlidir. Fermerlərə tövsiyə kimi, Türkiyədən gətirilən və mərkəzimizin 1,5 hektarlıq ərazisində əkilərək çoxaldılmış lavanda və rozmarin bitkisini təklif edirik. Bunlar bütün dünyada arı üçün qiymətli, baltutar kol bitkisi sayılır. Hazırda mərkəzin nümayiş sahəsində 50-dən artıq ağac və kol bitkisini yetişdirərək arıçı fermerlərimizə nümayiş etdiririk”, - deyə Allahverdi Seyidov vurğulayıb.

Qeyd edək ki, arıçılıq üçün qiymətli yem bitkisi olan lavanda və rozmarin həm də kənd turizminin qurulması üçün əhəmiyyətli bitki sayılır. Bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı, şirəli bitkilər qardaş Türkiyə və Avropa ölkələrinin əksəriyyətində plantasiyalar şəklində çoxaldılaraq minlərlə turisti özünə cəlb edir. Bu bitkilərdən alınan efir yağı, çay, toz və digər məhsullar milyonlarla xarici valyuta qazandırır. Lavanda, rozmarin yağı və onlardan alınan məhsullar (efir yağı, quru çiçək qrupu) ətriyyat-kosmetika, qida və əczaçılıq sənayesində, tibdə və məişətdə geniş istifadə edilir. Eyni zamanda, bu bitkilər torpaqların münbitliyinin qorunması üçün qiymətlidir, ərazilərdə gedən eroziya əleyhinə bitki kimi əkilərək çoxaldılır.

Allahverdi Seyidov bildirib ki, bu bitkilərin ən mühüm üstünlükləri aqrotexniki qulluğa tələbkar olmaması ilə bağlıdır: “Bunlar 30 illik bitkilərdir, aqrotexniki qulluq tələb etmir, ən çətin torpaqlarda yetişir, suya tələbatı yoxdur, torpağı münbitləşdirir. Nəzərə alsaq ki, Azərbaycan münbit torpaq ehtiyatı baxımından kasıb ölkələr sırasındadır, onda bu bitkilərin əhəmiyyəti daha da artır. Gələcəkdə bu bitkiləri çoxaldaraq bölgələrdə, arıçılığın inkişaf etdiyi rayonlarımızda yaymağı planlaşdırırıq. Fermerlərimiz istədikləri vaxt sahə nümayişinə gələrək, bizim elmi təcrübələrimizlə yaxından tanış ola bilərlər. Bundan əlavə, arıçılarımıza məsləhət görürük ki, arıxanaların yaxınlığında nektar verən raps, biyan kolları, akasiya, innab, çökə, iydə, ərik ağacları da əkərək yem bazası yaratsınlar. Gələcəkdə Azərbaycanın Boz Qafqaz arılarını artırmaqla lavanda, biyan, rozmarindən alınmış ballarımızı rahatlıqla dünya bazarına çıxara bilərik”.

Yaxın gələcəkdə arı məhsulları da sertifikatlaşdırılacaq

Arıçılıq Mərkəzinin gələcək elmi fəaliyyətinə arıçılıqda damazlıq işinin təşkilində əsas problem sayılan “təcrid bölgələri”nin yaradılması daxil olacaq. Mərkəzin, eləcə də digər bölgələrdəki genefond arıxanalarının yaxınlığında zəhərli herbisidlərin istifadəsi qadağan olunacaq. 

Yaxın gələcəkdə əsas hədəflərdən biri Mərkəzdə arı məhsullarının (bal, vərəmum, çiçək tozu, arı südü, arı zəhəri və s.) sertifikatlaşdırılmasını təmin etmək üçün həmin məhsulların keyfiyyət analizlərini, həmçinin arı xəstəliklərinin diaqnostikasını həyata keçirməyə imkan verən laboratoriyaların yaradılması və müvafiq avadanlıqlarla təmin edilməsi ilə bağlıdır.

Eyni zamanda, qarşıda duran hədəflərdən biri mərkəz tərəfindən respublikamızın torpaq-iqlim şəraitinə görə fərqlənən bir neçə iqtisadi-coğrafi zonasında - Quba-Xaçmaz, Lənkəran-Astara bölgələrində genefond arıxanalarının, damazlıq, həmçinin süni toxumlama mərkəzlərinin yaradılması ilə ölkənin illik üç yüz min ana arıya olan tələbatının ödənilməsində təminatçı olmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır