Yeni nəsil NKA vasitəsilə qeydə alınan dövriyyə 18 milyard manata yaxın olub
Bakı, 13 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkəmizdə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkə ərazisində 94 min 20 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Belə nəzarət-kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Bu ilin yanvar-oktyabr ayları ərzində yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 18 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]