Yeni tədqiqat: Beyinlər fərqli olsa da, dünyanı oxşar görürük
Bakı, 17 oktyabr, AZƏRTAC
Reyxman Universiteti və Veizmann Elm İnstitutunun alimləri insanların dünyanı niyə və necə oxşar şəkildə qavradığını araşdırıblar.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqata görə, hər bir insan beynində neyronlar, yəni sinir hüceyrələri fərqli şəkildə işləsə də, onların fəaliyyətləri arasında oxşar əlaqə quruluşu mövcuddur. Yəni iki fərqli insan bir itə baxanda beyinlərində aktivləşən konkret neyronlar fərqli olsa da, bu neyronların ümumi əlaqə nümunəsi bənzər qalır.
Alimlər epilepsiya xəstələrinin beyninə tibbi məqsədlə yerləşdirilmiş elektrodların verdiyi məlumatlardan istifadə ediblər. Bu elektrodlar sayəsində insanların müxtəlif şəkillərə baxarkən beyinlərində hansı neyronların aktivləşdiyini real vaxtda müşahidə etmək mümkün olub. Tədqiqatçılar müəyyən ediblər ki, fərqli beyinlər eyni obyektə baxarkən müxtəlif neyronları işə salsalar da, bu neyronlar arasındakı əlaqə sistemi oxşar qalır. Bu isə insanların dünyanı ümumilikdə eyni şəkildə qavramasına səbəb olur.
Alimlər hesab edirlər ki, bu tapıntı beynin “təmsil kodunu”, yəni məlumatı necə təşkil etdiyini anlamağa kömək edəcək. Bu bilik həm nevrologiyanın inkişafına, həm də süni intellekt sistemlərinin daha ağıllı şəkildə dizayn edilməsinə təkan verə bilər.
TədqiqatIN nəticələri “Nature Communications” jurnalında dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]