REGİONLAR
Yeniyetmə cüdoçuların muxtar respublika birinciliyi başa çatıb
![](/files/galleryphoto/2022/1/1200x630/16464956325966955677_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464956321095518261_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464956325141752564_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464956321111442871_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464956323731026954_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464956324002815698_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646495632132287412_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464956325580046145_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646495632555124300_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464956324085635486_1200x630.jpg)
Naxçıvan, 5 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Azərbaycan Cüdo Federasiyasının və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə cüdo üzrə yeniyetmələr (2008-2010-cu il təvəllüdlü) arasında keçirilən muxtar respublika birinciliyi başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 100-dən çox idmançı tatami üzərinə çıxıb. Beynəlxalq Cüdo Federasiyasının yeni qaydaları çərçivəsində təşkil olunan birincilikdə idmançılar 10 çəki dərəcəsində qüvvələrini sınayıblar.
Gənclər və idman naziri Ramil Hacı, ACF-nin vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev mükafatlandırma mərasimində qazanılan idman nailiyyətlərindən danışıb, cüdoçuları təbrik edərək onlara uğurlar arzulayıblar.
Yarışın yekun nəticəsinə əsasən, qızlar arasında qalib adına Səkinə Bağırlı layiq görülüb. Oğlanların mübarizəsində Rəhim Qaybalıyev (34 kiloqram), Eldar Əliyev (38 kiloqram), Məhəmməd Mədətli (42 kiloqram), Qurban Məmmədli (46 kiloqram), Arif Cabbarov (50 kiloqram), Ülvü Babayev (55 kiloqram), Aqil Hüseynov (60 kiloqram), Gürkan Quliyev (66 kiloqram), Oğuz Qasımov (73 kiloqram) və Rəhman Qənbərli (+73 kiloqram) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.
Sonda qaliblər diplom və medalla mükafatlandırılıblar.
Mükafatları gənclər və idman naziri Ramil Hacı, nazir müavini Məcid Seyidov, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, ACF-nin vitse-prezidenti Elnur Məmmədli və ACF-nin baş katibi Rəşad Rəsullu təqdim ediblər.