YETKİNLİK YAŞINA ÇATMAYANLARA PSİXO-SOSİAL REABİLİTASİYA XİDMƏTLƏRİ GÖSTƏRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Bakıda yetkinlik yaşına çatmayan uşaqlar arasında cinayətkarlığın və hüquq pozuntularının profilaktikası və Psixo-Sosial Reabilitasiya Mərkəzi, həmçinin Uşaq Hüquqları Klinikası fəaliyyətə başlamışdır.
Layihə Daxili İşlər Nazirliyi, BMT-nin Uşaq Fondu (YUNİSEF), ATƏT və Uşaq Hüquqları üzrə QHT Alyansının birgə imzaladıqlar anlaşma memorandumu çərçivəsində həyata keçirilmişdir.
Mərkəzdə və klinikada yetkinlik yaşına çatmayan uşaqlara psixo-sosial reabilitasiya xidmətləri və hüquq yardımı göstəriləcəkdir.