Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib
Bakı, 11 noyabr, AZƏRTAC
Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri fasiləsiz davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 10-da rayon ərazisində keçirdikləri tədbirlər zamanı iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkarlanıb.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən, (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.