YOL-NƏQLİYYAT QƏZALARI ÖLÜMLƏNƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Nərimanov rayonu ərazisində, F.Xoyski prospektində, Sabirabad rayon sakini Vasif Əliyev “VAZ-21099” markalı avtomaşınla Bakı şəhər sakinləri Əsgər Ağabalayevi və arvadını vurmuşdur. Nəticədə, qadın hadisə yerində ölmüş, xəsarət alaraq xəstəxanaya aparılmış Əsgər Ağabalayevin vəziyyəti isə ağırdır.
Binəqədi rayonu ərazisində Vüsal Nağıyev “KamAZ-5511” markalı avtomaşını idarə edərkən Qəbələ rayon sakini Elxan Heydərovu vurmuşdur. Nəticədə, xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümükün olmamışdır.
Hər iki faktla bağlı cinayət işi açılmışdır.