Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yuxarı Qarabağda ermənilər tərəfindən törədilmiş qətliam və soyqırımlar

Yuxarı Qarabağda ermənilər tərəfindən törədilmiş qətliam və soyqırımlar

Bakı, 21 fevral, AZƏRTAC

1988-ci ildən Yuxarı Qarabağın əsassız olaraq Ermənistana verilməsi tələbi ilə çıxış edən qüvvələrə qarşı SSRİ hakimiyyəti heç bir tədbir görmədi. Bu sahədə aparılan araşdırmalar onu deməyə əsas verir ki, SSRİ hökumətinin yuxarı etalonunda ermənilərin separatizm siyasətini dəstəkləyənlər heç də az deyildi. Məhz milli münaqişə yaratmaq məqsədilə Ermənistan milli təhlükəsizlik işçiləri SSRİ rəhbərliyində anti-Azərbaycan qüvvələrlə birləşərək mütəmadi şəkildə vəziyyəti gərginləşdirməyə çalışdılar. İlk olaraq Yuxarı Qarabağda erməni əhalisini Xankəndi şəhərinin mərkəzinə toplamağı təşkil edərək “Miatsum-birləşmə” şüarı ilə hərəkətə keçdilər. Sonra Sumqayıt şəhərində milli zəmində qarşıdurma yaratdılar, bununla kifayətlənməyərək 1988-ci il iyul ayının 18-də SSRİ Ali Sovetinin növbədənkənar sessiyasında Yuxarı Qarabağa Moskva öz nümayəndəsini təyin edərək, 1989-cu il yanvarın 12-də Xüsusi İdarə Komitəsi (XİK) yaradaraq Azərbaycan SSR səlahiyyətlərini bölgədə məhdudlaşdırdı. O zamandan etibarən azərbaycanlılar yaşayan kəndlərin boşaldılması üçün Ermənistandan təşkil olunaraq gətirilmiş “saqqallılar” deyilən birləşmələr yerli dəstələrlə əlbir olaraq yolları kəsir, gecələr kəndlərə basqınlar edir, avtomat silahlardan və “Alazan” raketlərdən kəndləri atəşə tuturdular. İki xalq arasında “sülhü qoruyub saxlamaq”, “asayişini bərpa etmək” üçün SSRİ-nin müxtəlif bölgələrindən təşkil olunmuş SSRİ Daxili Qoşunlarının yüz mindən yuxarı əsgəri və 1985-ci ildə Gürcüstanın Vaziani hərbi bazasından gətirilərək Xankəndidə yerləşdirilmiş, əsası ermənilərdən təşkil olunmuş 366-cı motoatıcı alayının hadisələrə müdaxilə edərək Azərbaycan kəndlərinin boşaldılmasında və soyqırımlarda müstəsna xidməti olub. O cümlədən “Daşaltı” kəndində keçirilən əməliyyatda 366-cı alay birbaşa ermənilər tərəfindən döyüşüb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev söyləyib. Onun sözlərinə görə, ermənilər təkcə Qarabağda deyil, Ermənistanla sərhəd olan ərazilərdə də qətliamlar, soyqırımlar törətməkdə maraqlı idilər. Bildirib ki, 1990-cı il martın 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanis Ayrım kəndi Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Xeyli sayda öldürülən və yaralananlar oldu. Öldürülən və əsir alınanlarla vəhşicəsinə davranıldı. Öldürülənlər arasında 39 günlük körpə uşaq və diri-diri yandırılmış 6 nəfər də olub. Bu, bir daha düşmənin vəhşiliyinin bariz sübutudur.

Hərbi və maddi-mənəvi dəstəkdən ruhlanan separatçılar 1991-ci il sentyabrın 2-də qondarma “Qarabağ Respublikası” adı altında bir qurum yaratdılar. Bundan sonra döyüşlər aktiv hərbi fazaya keçdi. Azərbaycan hökumətinin hadisələrə vaxtında müdaxilə edə bilməməsi, hələ də SSRİ hökumətindən kömək gözləməsi, yerli əhali arasında təbliğat-təşviqat işlərinin aparılmaması, yerli camaata silah verilməməsi, döyüş hazırlığının olmaması ermənilərin və onların havadarlarının işini xeyli asanlaşdırırdı. Çox yüksək səviyyədə hazırlıqlı olan ermənilər Yuxarı Qarabağın şimalında, Ağdərə rayonunun İmarət Qərvənd kəndinə hücum edərək kəndi hər tərəfdən yandırmağa başladılar. Bu kəndə olan hücumlar 1989-cu ildən mütəmadi xarakter almışdır. Kənd heç bir yerdən kömək almır, XIX əsrin əvvəllərindən salınmış Çapar (Uşacıq) , Zərdəxaş (Çıraqlı), Getavan (Qozlu Körpü), Aterk (Həsənriz) adlanan erməni kəndləri ilə qarşı-qarşıya döyüşür, üstəlik SSRİ Daxili Qaşunlarını BTR tipli iki zirehli texnikası ermənilər tərəfindən döyüşürdü. Erməni vəhşiliyi o həddə çatmışdı ki, bir qoca qadın da diri-diri yandırılmışdı. Bu hadisənin səhəri günü ərazidə olan və hadisələri dəqiq izləyən Amerikalı jurnalist Tomas Qolts “Azərbaycan gündəliyi” əsərində bu vəhşiliyi yazaraq qeyd edir ki, sovet qoşunlarının zabitlərinə sualla müraciət etdim. Sizin gözünüzün qarşısında baş verən hadisələrə niyə biganə qalırsınız? Zabit cavab verir ki, bizə göstəriş verilmişdi ki, müşahidə aparın və məlumatları yuxarı verin. Sentyabrın 24-nə keçən gecə tamamilə yandırılan kəndin geri alınması üçün təşkil olunan partizan dəstəsinin 15 nəfəri qəhrəmancasına şəhid oldu. Onların içərisində əfsanəvi qəhrəman deyilən Mamoy ləqəbli Məhəmməd Mirzəyev də vardı. Onun şəhid olan oğlu Nüsrət də partizan dəstəsinin ən gənc və fəal üzvlərindən idi.

İmarət-Qərvəndin yandırılmasından sonra heç bir təzyiqin olmadığını görən erməni hərbi birləşmələri Yuxarı Qarabağın içərilərinə doğru silahlı fəaliyyətə keçdilər. Tuğ kəndində ermənilər qəflətən hücum edərək Oktay və Süleyman adlı şəxsləri öldürdülər. Kənddə ermənilər və azərbaycanlılar bir məktəbdə təhsil alırdılar. Ermənilər camaata daha çox psixoloji təsir etmək üçün məktəbdə bir azərbaycanlı şagirdi öldürdülər. 1991-ci il oktyabrın 30-da Xocavənd rayonunun Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Axullu kəndini işğal etdilər.

1991-ci il dekabrın 23-də 500 erməni qəfil hücum edərək Xankəndidə yerləşən 366-cı motoatıcı alayın əsgərləri və texnikası ilə birlikdə Meşəli kəndini mühasirəyə alaraq qətliam törətdilər. Səhər saatlarında ermənilər 366-cı alayın köməyilə bir neçə istiqamətdən kəndə od vurmağa başladılar. Hadisədə 28 nəfər faciəvi şəkildə qətlə yetirildi ki, onlardan 3-ü uşaq, 8-i isə qadın idi.

Xankəndi şəhərinin inzibati ərazi vahidinə aid olan Kərkicahan qəsəbəsi 1991-ci il noyabr ayından etibarən ardıcıl olaraq ermənilərin davamlı hücumuna məruz qalırdı. Dəfələrlə Kərkicahana hücum edən ermənilər xeyli sayda itki vermişdilər. Kərkicahan uğrunda döyüşlərdə şəhid olan insanların sayı barədə rəqəmlər müxtəlifdir. Kərkicahana kömək üçün könüllü dəstələrin gəlməsi, habelə polis işçilərinin oraya ezam olunması halları səbəbindən şəhid olan insanlar haqqında rəqəmlər fərqlidir. Bir mənbədə orada 150-dən çox azərbaycanlı, o cümlədən 40 qadın və 110 kişi öldürülməsi haqqında məlumat qeyd olunur.

Dağlıq Qarabağın kəndləri bir-bir erməni hərbi birləşmələri tərəfindən işğala məruz qalırdı. 1991-ci il dekabrın 15-də Cəmilli kəndi işğal olundu. 1992-ci il fevralın 11-də Malıbəyli və Quşçular işğala məruz qaldı. Şuşa rayonunun Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndinə basqınlar zamanı, bu kəndlərdən 50 nəfərədək günahsız insan erməni vəhşiliyinin qurbanı olub. Yuxarı Qarabağda mühasirəyə düşən kəndlərin əksəriyyətinin yolu kəsildiyindən ancaq vertolyotla gediş-gəliş olsa da sonradan ermənilərin hər cür silahlardan istifadə etməsi vertolyotlun hərəkətini məhdudlaşdırdı.

Strateji əhəmiyyət kəsb edən kəndlərdən biri də Qaradağlı idi. Bu kənddə 366-cı alayın köməyindən istifadə edən ermənilər 114 nəfəri girov götürərək əksəriyyətini məhv ediblər. Qaradağlı faciəsində ümumilikdə vəhşicəsinə öldürülənlərin sayı 100 nəfərədək olub. Hadisənin zorakılıq dərəcəsi, əzab və işgəncələr onu deməyə əsas verir ki, Qaradağlı faciəsi soyqırımdır, insanlığa qarşı cinayətdir.

Yuxarı Qarabağda bu kəndlərin işğalından sonra Xocalı, Xankəndinin 8-10 kilometrliyində yerləşən Kosalar kəndi üçün də böyük təhlükə yarandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO