Zamanın yolçusu
Bakı, 17 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, yazıçı Varis Yolçuyevlə görüş keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Zamanın yolçusu” adlı tədbir zamanı yazıçı ən yeni nəşr olunmuş kitabları haqqında danışıb, bədii ədəbiyyatın insan həyatında rolu mövzusunda çıxışlar edib, şagird və tələbələrə dəyərli məsləhətlər verərək ona ünvanlanan sualları cavablandırıb.
Sonda yazıçı kitabxanaya və oxuculara kitablar hədiyyə edib.