ZAQATALA SƏRHƏD DƏSTƏSİNİN ŞƏXSİ HEYƏTİ İLƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev aprelin 12-də Zaqatala sərhəd dəstəsinin şəxsi heyəti ilə görüşmüşdür.
Azərbaycan Prezidentini Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev qarşılayaraq raport verdi: “Cənab Ali baş komandan! Sərhəd dəstəsinin şəxsi heyəti Sizin görüşünüzə hazırdır”.
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev sərhədçiləri salamladı.
Görüşü Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev açdı.