Zaqatalada karantin rejimini pozanlar cərimələnib
Bakı, 28 aprel, AZƏRTAC
Ölkədə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən küçəyə çıxan vətəndaşlar yoxlanılan zaman 3 şəxsin heç bir icazəsi olmadan çöldə gəzdiyi müəyyən edilib. Karantin rejimi qaydalarını pozduqları üçün həmin rayon sakinləri - Əhməd Xubayberdiyev, Elçin Məmmədov və Tural Şıxəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.