Zaqreb Beynəlxalq Hava Limanında qarşılanma
Zaqreb, 10 mart (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Xorvatiya Respublikasına rəsmi səfərə gəlmişdir.
Zaqreb Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Xorvatiyanın yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar.