Zaur Hüseynov: Bütün metro stansiyaları dezinfeksiya edilib
Bakı, 8 may, AZƏRTAC
Bakı metropoliteninin bütün stansiyaları dezinfeksiya edilib.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bildirib.
Onun sözlərinə görə, dezinfeksiya prosesi gün ərzində bir neçə dəfə təkrarlanır: "Metro ilə sərnişin daşınması gündən-günə artır. Belə ki, iş günlərində 800 min, qeyri-iş günlərində 600 min, şənbə-bazar günlərində isə 450 min sərnişin daşınır, yəni, gün ərzində orta hesabla 650 min sərnişin. Bu ilin ilk ayında 39 milyon sərnişin daşınıb".
Xatırladaq ki, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 2020-ci il mayın 9-da saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]