ZƏRDABDA “HEYDƏR ƏLİYEV YENİ AZƏRBAYCAN PARTİYASININ YARADICISIDIR” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Zərdabda “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır” mövzusunda dəyirmi masa keçirilmişdir.
Zərdab Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masanın iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka getmiş, ulu öndərin heykəli önünə əklil və çiçəklər qoymuşlar. İştirakçılar, habelə Heydər Əliyev muzeyini gəzmiş, ulu öndərin həyat və fəaliyyəti ilə bağlı fotoşəkillərlə və digər sənədlərlə tanış olmuşlar.
YAP rayon təşkilatının qərargahında keçirilən tədbirdə təşkilatın sədri Tofiq Abdullayev “Ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır” mövzusunda məruzə etmişdir.
Məruzə və çıxışlarda XX əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanın son dərəcə ağır, mürəkkəb və ziddiyyətli dövrü xarakterizə edilmiş, belə bir vaxtda böyük dövlət və siyasi xadim Heydər Əliyevin vətənə dönərək xilaskarlıq missiyasını üzərinə götürməsi tariximizin ən parlaq səhifəsi kimi səciyyələndirilmişdir.
Dəyirmi masanın iştirakçıları bildirmişlər ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Siyasi sabitlik hökm sürməklə iqtisadiyyatın bütün sahələri dinamik inkişaf edir, dövlətin nüfuzu möhkəmlənir. Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin müəllifidir. Bütün bunlar Heydər Əliyev ideyalarının, Heydər Əliyev uzaqgörənliyinin təntənəsidir.
Dəyirmi masada böyük Heydər Əliyevin Vətən, xalq qarşısında misilsiz xidmətlərini təhlil edən natiqlər ulu öndərin özündən sonra Azərbaycana, eləcə də artıq böyük qüvvəyə çevrilən və öz ətrafında xeyli həmfikri birləşdirən YAP-a İlham Əliyev kimi gənc lider, siyasi varis bəxs etdiyindən iftixar duyduqlarını söyləmişlər.
Qarşıdakı seçkilərdə onu əvəz edə bilən lider görmədiklərini inamla vurğulayan natiqlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkədə qazanılan misilsiz nailiyyətlərdən danışmışlar. Tədbirdə belə bir fikir səsləndirilmişdir ki, hər bir azərbaycanlının Prezidenti olduğunu öz əməli ilə sübut edən İlham Əliyev artıq ümumxalq məhəbbəti qazanmışdır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb
- 07.06.2026 [23:38]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [23:04]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:49]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [21:36]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:29]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:23]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [21:16]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [20:58]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 07.06.2026 [20:12]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [19:35]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:30]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:40]
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb
- 07.06.2026 [18:34]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [18:05]
Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda
- 07.06.2026 [17:43]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [17:28]
Qusarda gənc voleybolçuların seçimi aparılıb
- 07.06.2026 [16:32]
Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
- 07.06.2026 [16:23]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [16:05]
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub
- 07.06.2026 [15:25]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [15:01]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:54]
Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb
- 07.06.2026 [13:38]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [13:16]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 07.06.2026 [13:10]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:29]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
- 07.06.2026 [12:21]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [12:00]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:54]
Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib
- 07.06.2026 [11:44]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:41]
Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək
- 07.06.2026 [11:29]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
- 07.06.2026 [11:14]
Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb
- 07.06.2026 [10:57]
Ermənistanda parlament seçkiləri keçirilir
- 07.06.2026 [09:54]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [09:02]
İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
- 07.06.2026 [09:00]
Dünya birjalarında neft ucuzlaşıb
- 07.06.2026 [08:56]
Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb
- 07.06.2026 [05:22]