ELM VƏ TƏHSİL
Zoologiya İnstitutu: Ağsu Təcrübə Məntəqəsində yetişdirilən məhsullar dad və keyfiyyətinə görə fərqlənir
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsində istixanalarda yetişdirilən kənd təsərrüfatı məhsulları institut əməkdaşlarına paylanılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məntəqə ərazisində yetişdirilən kənd təsərrüfatı məhsulları dad və keyfiyyətinə görə fərqlənir. Çünki istixanada yetişdirilən bitkilərin ziyanvericilərinə qarşı mübarizədə kimyəvi üsullar minimuma endirilib. Məntəqədə ekoloji təmiz məhsul almaq üçün bioloji agentlərdən maksimum istifadə olunur.
Xatırladaq ki, hazırda Zoologiya İnstitutunun əməkdaşları tərəfindən Ağsu Təcrübə Dayaq Məntəqəsində yetişdirilən tərəvəz bitkilərinin ziyanvericiləri və onların entomofaqları üzərində tədqiqat aparılır.