100 min miqrant sərhədə hücum etməyə hazırdır
Budapeşt, 5 fevral, AZƏRTAC
Macarıstandan cənubda, Serbiya sərhədi boyunca təqribən 100 min miqrant toplaşıb.
AZƏRTAC xəbər verir ki, bunu Macarıstan Baş Nazirinin dəftərxanasında dövlət xidmətlərinin işləri üzrə dövlət katibi Bentse Tujon fevralın 5-də M1 telekanalına müsahibəsində təşvişlə bildirib.
Dövlət məmuru deyib ki, cari ilin yanvarında ölkə ərazisinə qanunsuz daxil olmaq üçün 3400 cəhd göstərilib. O, bu yaxınlarda Roske rayonunda belə bir cəhdin qarşısının alındığını bildirərək əlavə edib ki, insident zamanı sərhədçilər sahmanlı və peşəkarcasına hərəkət ediblər. Tujon onu da bildirib ki, sərhədin müdafiəsində ayıq-sayıq olmağın böyük əhəmiyyəti var. O bildirib ki, bu yaxınlarda həmin rayonda patrul qüvvələrinin sayı iki dəfə artırılıb və əraziyə helikopterlərdən nəzarət olunur. Tujonun sözlərinə görə, Macarıstan öz sərhədlərini müdafiə etməklə yanaşı, Avropanın da sərhədlərini qoruyur. Aİ sərhədlərin mühafizəsi xərclərinin yalnız cüzi hissəsini öz üzərinə götürür və Macarıstan hökuməti əlavə yardım almaq xahişi ilə Brüsselə müraciət etmək niyyətindədir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]