Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Peşəkar kikboksinqçilər Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş turnirdə rinqə çıxıblar VİDEO

Qusar, 12 aprel, Elxan Yusifli, AZƏRTAC

Aprelin 12-də Qusar Olimpiya İdman Kompleksində Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında turnir keçirilib. Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Kikboksinq Federasiyası və “Judo Club 2012” idman klubunun birgə təşkil etdiyi turnirdə ölkəmizin peşəkar kikboksinqçiləri qalib adı uğrunda 7 çəki dərəcəsində yarışıb.

AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimindən əvvəl ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsi və Şəhidlər xiyabanında Milli Qəhrəman Çingiz Qurbanovun məzarı ziyarət olunub.

Açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar diləyib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov regionun lider dövlətinə, bir çox nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. Bildirilib ki, bu, ölkəmizdə idmana, idmançılara dövlət səviyyəsində göstərilən qayğının nəticəsidir.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, Milli Qəhrəman Çingiz Qurbanov rəşadəti ilə bugünkü gənclərimizə əsl örnəkdir. Gənc nəsil onun kimi oğullardan nümunə götürməli, Ç.Qurbanovun xatirəsi əbədi yaşadılmalıdır. Peşəkar idmançıların güclərini sınayacağı kikboksinq yarışı da bu amala xidmət edir. Milli Qəhrəman Çingiz Qurbanov da vaxtilə kikboksinq idmanı ilə məşğul olub.

A.Əliyev peşəkarlar arasında bölgədə keçirilən bu yarışın vətənpərvərlik təbliğatı ilə yanaşı, regionda idmana marağın daha da artmasına xidmət edəcəyini deyib.

Federasiya prezidenti Ç.Qurbanovun valideynlərinə vətənpərvər oğul böyütdükləri üçün təşəkkür edib, bütün Azərbaycan xalqının onunla fəxr etdiyini diqqətə çatdırıb.

Açılış mərasimində Milli Qəhrəmanının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra yarışlara start verilib.

İlk döyüşdən əvvəl Milli Qəhrəmanın atası Salman Qurbanova Çingiz Qurbanovun idman ustası vəsiqəsi təqdim olunub. Bir sıra məşqçi və idmançılar, eləcə də Qarabağ döyüşlərinin qaziləri isə fəxri fərman və diplomlarla təltif edilib.

Yeniyetmə kikboksinqçilər Elmir Pirverdi və Hüseyn Hacıyev arasında keçirilən ilk döyüşdə heç-heçə qeydə alınıb.

Daha sonra 57 kiloqram çəkidə Elşad Ələsgərov və Qiyas Şahmərdanov rinqə çıxıb. Rəqibindən üstün olan Elşad qalib adını qazanıb. 64 kiloqramda isə Ruslan Əliyevi məğlub edən Elşən Qəniyev çempion tituluna yiyələnib. Arzuman Qədimovla (67 kq) Turan Qafarov arasındakı gərgin qarşılaşmada isə ikinci daha üstün olub. 71 kiloqram çəkidəki döyüşdə Rəhim Əliyev rəqibi Cavidan Rəcəblini məğlub edib. Alişan Aslanlı (81 kq) isə Gülhüseyn Ağazadə ilə mübarizədə üstün olub. 75 kiloqram çəkidə Altay Atakişiyevlə Emil Mövsümzadə arasındakı görüş də yaddaqalan keçib. E.Mövsümzadə bu qarşılaşmadan vaxtından əvvəl qalib gəlməyi bacarıb. Son döyüşdə isə Bəhram Rəcəbzadə və Sərxan Cabbarov üz-üzə gəlib. 91 kiloqram çəkidə keçirilən döyüşdə B.Rəcabzadə rəqibindən üstün olub.

Turnirin qaliblərinə müvafiq diplom və pul mükafatı təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub. Bu il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə Sərəncam imzalayıb.

Peşəkar kikboksinqçilər Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş turnirdə rinqə çıxıblar  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sofiyada Ulu Öndərin həyatı və fəaliyyəti barədə kitabın təqdimatı olub

İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda müzakirələr aparıb

Çempionlar Liqası: “Qalatasaray” – “Mançester Yunayted” – 3:3

Azərbaycan filmi “Moskva premyerası”nda mükafat alıb

Türkiyə Ermənistan da daxil olmaqla, region ölkələrinin rifahına töhfə verəcək bütün səyləri dəstəkləyəcək

“AzərEnerji”: Zəlzələ olan ərazilərdə heç bir problem qeydə alınmayıb

Qurban Qurbanov: Sabah meydana qələbə üçün çıxacağıq

Özbəkistanın QHT nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

“Qarabağ”ın legioneri: Hava şəraiti və süni örtük bizə çətinlik yarada bilər

Quş xəstəlikləri ilə əlaqədar bir sıra ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

Bakıda keçirilən hərbçilər arasında güləş üzrə dünya çempionatında ilk günün qalibləri mükafatlandırılıb

ADIF iki gündə 100 milyon 951 min manat kompensasiya ödənişi həyata keçirib

Azərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu olub YENİLƏNİB

“Sən hələ uşaqsan” bədii filminin təqdimatı olub

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb

Gəncədə baş verən yanğının təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsi təqdim olunub

Azərbaycan Kuboku: “Sumqayıt” darmadağınla səkkizdəbir finala vəsiqə qazanıb

Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub

Mingəçevirdə zəlzələ olub

Qəzzadan daha 23 xəstə Türkiyəyə gətirilib

AYNA nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı tədbirləri davam etdirir

Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə təşkil olunub

Azərbaycan və Əlcəzair Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Avropa Parlamentindən Karampetyanın çirkli pullarının qoxusu gəlmirmi?

Balakəndə baş verən qəzada ölənlərin şəxsiyyəti bəlli olub YENİLƏNİB

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunub

Saatlı sakini “Karabin” silahını və xeyli sayda patronu polisə təhvil verib

Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılışı olub VİDEO

Səhiyyə Nazirliyi və KOBİA-nın təşkilatçılığı ilə “Heydər Əliyev və özəl tibb sektoru” mövzusunda tədbir keçirilib

Azərbaycan Prezidentinin Qarabağda rəqabətli insan kapitalını formalaşdırmağa yönəlik həlledici gedişi - RƏY

“Sağlam məktəbli” layihəsi çərçivəsində görüşdə qida təhlükəsizliyi barədə məlumat verilib

“MEDİAlab” layihəsi çərçivəsində BDU-nun 13 tələbəsi mükafatlandırılıb

Varşavada Azərbaycanşünaslıq Mərkəzinin 5 illiyi qeyd olunub

Bakı və Sumqayıtda atmosfer havasında dəm qazının miqdarı normanı ötüb

Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək

ADMİU-nun nümayəndələri təhsildə keyfiyyət təminatı ilə bağlı beynəlxalq forumda iştirak ediblər

“Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə” mövzusunda tədbirin iştirakçıları mətbuat konfransı keçiriblər

Məşhur geoloq Türkiyədə güclü zəlzələ gözlənildiyi ilə bağlı xəbərdarlıq edib

İsmayıllıda mədəniyyət müəssisələrinin mütəxəssislərinə antinarkotik təbliğatın vacibliyindən danışılıb

Ceyhun Kərəmov: Türkiyə ilə ortaq iki peşə təhsili müəssisəsi qurulacaq

Sədr: Özəl tibb müəssisələrinin inkişafı prioritet məsələlərdən biridir

İstanbul Universitetinin dosenti UNEC tələbələrinə mühazirə oxuyub

Kibertəhlükəsizlik təhsili ilə bağlı maarifləndirmə aparılıb

Ötən həftə 150 hektara yaxın ərazidə 110 mindən çox ağac əkilib

Ukrayna Alyansa üzvlüyə dair NATO-dan tövsiyələr alıb

® "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres başa çatıb

Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkasına 40 rayondan məhsul çıxarılacaq

ADMİU-nun dosenti “Creative Producers 2023” mükafatına layiq görülüb

Parlamentdə hərbi qulluqçularla bağlı bir sıra qanunlara dəyişikliklər müzakirə olunub

Ölüm haqqında şəhadətnamələri almaq üçün vətəndaşlar hansı orqanlara müraciət etməlidirlər?

®  Estetik stomatologiya sahəsində Türkiyənin tanınmış həkimlərdən biri Dr. Ümit Tok

OECD qlobal iqtisadi artım proqnozlarını açıqlayıb

Gürcüstan və Ermənistan rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azərbaycan Kuboku: "Araz-Naxçıvan" 1/8 finalda

UNESCO-nun fəaliyyətinə Fransa təsiri - ŞƏRH

Roma Papası Qəzzada atəşkəsin davamlı olmasını istədiyini bildirib

® “OBA” ədalətlilik, bərabərlik və inklüzivlik üçün çalışır

BDU tələbələri İİV infeksiyasına qarşı mübarizə tədbirləri barədə məlumatlandırılıb

Cari ildə paytaxtın ümumi dövriyyəsində ictimai iaşənin payı 52,9 faiz təşkil edib

AzMİU tələbəsi beynəlxalq reytinq şirkətinin proqramında ölkəmizi təmsil edib

Azərbaycan və Gürcüstan universitetləri birgə elmi araşdırmalar aparacaq

“Tiktok” ilə əməkdaşlıq çərçivəsində keçirilən proqramın qalibləri elan olunub

Nazirlik: 500-dən çox məktəbdə rəqəmsal qiymətləndirmə tətbiq ediləcək

Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Roma tətilləri: şopinq xüsusiyyətləri

Azərbaycanın voleybol hakimi Türkiyə klubunun oyununu idarə edəcək

Ankarada Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının Qurultayı keçirilib

Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Göyçay rayonunda xurma, nar və heyva bağlarında monitorinqlər aparılıb

Bakıda ticarət dövriyyəsinin həcmi artıb

Daxili işlər naziri Qubada vətəndaşlarla görüşəcək

DTX-nin Heydər Əliyev adına Akademiyasının bir qrup əməkdaşı təltif edilib SƏRƏNCAM

Azərbaycan Kuboku: “Neftçi”nin və “Sabah”ın 1/8 finaldakı rəqibi müəyyənləşib

Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 86,8 faiz olub

İ.İ.Vəliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Utair” şirkəti payız-qış cədvəlinə Azərbaycana reyslər daxil edib

Səfirlik: Türkiyədə aldadılan Azərbaycan diplomatlarının səfirliyə və ya baş konsulluğa heç bir bağlılığı yoxdur

® Peşəkar dentist Emrah Aydoğdu sağlamlıq turizmi sahəsində gördüyü işlərlə ön plana çıxdı

Nazir müavini: Valideyn himayəsindən məhrum uşaqların himayədar ailələrə verilməsinə çalışırıq

Sumqayıtda əmək yarmarkası: 345 manatdan 1500 manatadək əməkhaqqı

Azərbaycan dizayn sənayesinin tərəqqisində böyük inkişaf yolu keçib

Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub

İstanbulda güclü külək bir nəfərin ölümünə səbəb olub

Əhmədli qəsəbəsində yeni kanalizasiya xətləri inşa olunur

Əməkhaqqının ödənilməsi zamanı qanun pozuntularına yol verən şirkətlərə cərimə yazılıb - SİYAHI

Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin tədrisi ilə bağlı müzakirə aparılıb

Təhsil nazirinin müavini: Ailə dəyərlərinin gənc nəslə ötürülməsi vacib məsələlərdəndir

Əhliman Əmiraslanov: Ana ölümü nəinki dünyada, həm də Azərbaycanda ciddi problemlərdən biridir

Stoltenberq: Ukraynaya F-16 qırıcılarının nə vaxt veriləcəyi hələlik məlum deyil

Qızılbaş Qlobal İrsi Təşkilatının üzvü: Şuşa səfəri emosiyalarla zəngin oldu

“Rəvandan İrəvana və Qərbi Azərbaycana” - beynəlxalq konfrans

Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib VİDEO

® “Dent360 İnternational” olaraq Türkiyədə sağlamlıq sektorunun inkişafına töhfə veririk” - Dr. Hüseyn Aşçı

Britaniya aviaşirkəti bioloji yanacaqla işləyən təyyarənin ilk uçuşunu həyata keçirib

Hicran Hüseynova: Ailə dəyərləri ilə bağlı mövcud məsələlər qarşımıza yeni çağırışlar, vəzifələr qoyur

Azərbaycan ilə Əlcəzair arasında çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri müzakirə edilib

BEA: Enerji səmərəliliyi ilə bağlı tədbirlər ikiqat artırılmalıdır

Baş Prokurorluq Astara şəhərində konfrans keçirib