Rəsul Çunayev bürünc medal uğrunda mübarizə aparacaq VİDEO
Bakı, 17 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
Yunan-Roma güləşçimiz Rəsul Çunayev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yarımfinal görüşündə məğlub olub.
AZƏRTAC xəbər verir ki, 71 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız iranlı Gerayi Məhəmmədəli ilə qarşılaşmada 5:0 hesabı ilə öndə olsa da, sonda 6 xal qazanan rəqib qarşılaşmanı qalib başa vurub - 5:6.
R.Çunayev təsəlliverci görüşdə bürünc medal uğrunda güləşəcək.