Lənkəranda baş verən ağır yol qəzasında 6 nəfər ölüb VİDEO
Lənkəran, 31 mart, AZƏRTAC
Lənkəranda baş verən ağır yol qəzasında 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Gərmətük kəndi ərazisində qeydə alınan qəza zamanı "Shacman" markalı yük avtomobili ilə "Mitsubishi" markalı minik maşını toqquşub.
Nəticədə üçü qadın və üçü kişi olmaqla, 6 nəfər Ləj kənd sakini ölüb. Bir azyaşlı oğlan və yük maşınının sürücüsü isə xəsarət alıb.