SİYASƏT


Naqif Həmzəyev: Psixi xəstələrə münasibətdə insan hüquqlarına əsaslanan yanaşmanın tətbiqinə ehtiyac var VİDEO

Strasburq, 27 iyun, AZƏRTAC 

Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib.

O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.