14-15 YAŞLILARDAN İBARƏT “NEFTÇİ” FUTBOL KOMANDASI BEYNƏLXALQ TURNİRƏ HAZIRLAŞIR
Bu turnirdə Azərbaycanın idman şərəfini “Neftçi” klubunun 14-15 yaşlı futbolçuları qoruyacaqlar. Hazırda komanda İslam Kərimovun rəhbərliyi ilə “Şəfa” stadionunda təlim-məşq toplanışında iştirak edir.
Xatırladaq ki, turnir 12 komandanın iştirakı ilə iki yarımqrupda keçiriləcək. “A” qrupunda yer alan “Neftçi” komandası “Dnepr” (Dnepropetrovsk), “Çernomorets” (Odessa), “Metallist” (Xarkov), “Dinamo” (Kiyev) və “Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaqdır.
“B” qrupunda isə Rusiya və Belarus komandaları yarışacaqlar.