Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Şəki, 30 iyul, AZƏRTAC

İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, digər modul tipli infeksion xəstəliklər korpuslarında olduğu kimi burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün lazımi şərait yaradılıb. Bu komplekslərin rayon mərkəzi xəstəxanalarının yaxınlığında quraşdırılması vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməyə imkan verir. Digər tərəfdən, koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunmasına geniş imkanlar açır.

Bildirildi ki, sahəsi 3 min kvadratmetr olan üç korpuslu bu xəstəxana 100 palata və 200 çarpayı yerindən ibarətdir. Xəstəxana mərkəzləşdirilmiş Oksigen Generator Sistemi ilə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür.

Bir daha xatırladaq ki, modul tipli yardımçı xəstəxana korpusları qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılıb və zərurət olmadıqda onların digər sahələrə köçürülməsi və başqa məqsədlər üçün istifadə edilməsi mümkündür.

Xəstəxana ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həkimlərlə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Bu gün ölkəmizin dörd şəhərində modul tipli xəstəxanalar açılır. Bu, çox əlamətdar hadisədir. Onlardan biri Şəki şəhərində, digərləri Qobustan, İsmayıllı, Qəbələ şəhərlərində. Beləliklə, bir gündə biz əlavə 800 çarpayı əldə edirik, koronavirusla bağlı mübarizədə əlavə imkanlar yaradılır.

Mən təqribən üç ay bundan əvvəl modul tipli xəstəxanaların alınması ilə bağlı göstəriş vermişdim. Bildirmişdim ki, qısa müddət ərzində 10 xəstəxana ölkəmizə gətirilməlidir. Artıq 9-u hazır vəziyyətdədir. Onuncu xəstəxana isə yəqin ki, avqust ayında istifadəyə veriləcək. Beləliklə, bu proqram tam icra edilir. Bu günə qədər beş xəstəxana açılıb və 10 xəstəxananın fəaliyyəti nəticəsində bizim əlavə 2 min çarpayılıq xəstəxanalarımız olacaq.

Bunun xüsusi əhəmiyyəti var. Çünki hazırda koronavirus xəstəliyi Azərbaycanda və bütün dünyada daha geniş vüsət alır. Hər gün Azərbaycanda yüzlərlə insan xəstələnir. Belə olan halda, çarpayıların çatışmazlığı çox böyük problem yarada bilərdi. Necə ki, inkişaf etmiş bəzi ölkələrdə biz bu problemləri görürük. Bu ölkələrdə, hətta inkişaf etmiş ölkələrin səhiyyə sistemi buna davam gətirə bilmir. Bunu nəzərə alaraq biz operativ qaydada bu məsələləri həll etməyə çalışırıq və buna nail oluruq. Onu da bildirməliyəm ki, hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi həll olunur. Yaxın gələcəkdə onlar da gətiriləcək.

Bununla paralel olaraq, artıq Fövqəladə Hallar Nazirliyinin 800 çarpayılıq xəstəxanası açılıb. Həmçinin 1300 çarpayılıq ikinci xəstəxana da açılacaq. Beləliklə, orada 2100 çarpayı olacaq. Artıq iki min çarpayı fondu vardır. Bu, 4100 çarpayı edir. Altı əlavə modul tipli xəstəxananın fəaliyyəti nəticəsində bizdə təqribən 6 minə yaxın çarpayı fondu yaranır. Əlbəttə ki, əgər bu məsələlər öz həllini tapmasaydı, biz bu gün koronavirusla bağlı çox böyük problemlərlə üzləşə bilərdik.

Bildirməliyəm ki, hazırda ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Bu xəstəxanaların 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. İndi təsəvvür edin, əgər biz vaxtilə bu işlərlə məşğul olmasaydıq, bu gün bizim imkanlarımız çox məhdud ola bilərdi. Bir neçə il bundan əvvəl Şəki şəhərində, bax, bu modul tipli xəstəxananın qarşısında təqribən 200 çarpayılıq böyük xəstəxana açılmışdır. Bu gün bizim bütün şəhərlərimizdə müasir xəstəxanalar fəaliyyət göstərir, yaxud da ki, yaxın bir il ərzində fəaliyyət göstərəcək. Biz səhiyyə sistemimizin infrastruktur bazasını yaratmışıq. Bu xəstəxanada reanimasiya şöbəsi də var, süni tənəffüs cihazları gətirilib. Bildiyiniz kimi, koronavirusla bağlı mübarizəni səmərəli aparmaq üçün çox böyük vəsait ayrılıb. Bu vəsait tibbi avadanlığın, dərmanların alınmasına, digər məsələlərə istiqamətləndirilir. Mən demişəm ki, nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Təki insanlar tezliklə sağalsınlar və biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək.

Pandemiyaya qədər ölkə ərazisində bizim cəmi altı laboratoriyamız var idi. Ola bilər ki, adi rejim üçün bu, kifayət idi. Ancaq indiyədək Azərbaycanda 700 min test keçirilib. Adambaşına keçirilmiş testlərin sayına görə biz dünyada qabaqcıl yerlərdəyik. Məhz bu testlərin kütləvi şəkildə keçirilməsi nəticəsində biz xəstələri aşkar edirik və onları müalicəyə cəlb edirik. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb. Bizim planımız bu laboratoriyaların sayını 45-ə çatdırmaqdır. Bu məsələ də öz həllini tapır. Çarpayı fondu artır, koronavirus xəstələri ən müasir xəstəxanalarda müalicə alır, o cümlədən bizim ən gözəl xəstəxanamız “Yeni klinika”da. Orada hazırda 360 xəstə yerləşib. Bildiyiniz kimi, bu klinikanın fəaliyyəti mərhələli şəkildə təşkil edilir.

İndi baxın, əgər bu klinika yaradılmasaydı, əgər bundan başqa 41 xəstəxana, - hansı ki, indi koronavirus xəstələrinə xidmət göstərir, - tikilməsəydi, bu gün biz çox ağır bir vəziyyətlə üz-üzə qalardıq. Bu, bir daha onu göstərir ki, biz gərək hər şeyi vaxtında edək. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsi olan yeni xəstəxanaların tikintisi və köhnə xəstəxanaların əsaslı təmiri proqramı demək olar ki, tam təmin edilib. Hətta pandemiyaya qədər bunun böyük faydası haqqında insanlar da artıq öz fikirlərini bildirirdilər. Çünki biz pandemiyaya qədər hər il kütləvi surətdə müayinədənkeçmə proqramı icra edirdik. Bu proqram 5 milyon insanı əhatə edir. Beş milyon insan dövlət tərəfindən yaradılmış imkanlar hesabına öz sağlamlığını müəyyən edir və xəstəliklər üzə çıxdıqda dərhal müalicə alır. Məhz bunun nəticəsində bizdə insanların ömrünün uzunluğu artır. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatlar da keçirilir.

Bir sözlə, biz qısa müddət ərzində bütün imkanlarımızı səfərbər edib COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğumuzu nümayiş etdiririk. Heç bir ölkə buna hazır deyil, heç bir ölkə. Xüsusilə pandemiyanın ilk günlərində inkişaf etmiş ölkələrdəki vəziyyət bizim və dünyanın gözü qarşısında cərəyan edirdi. Ən inkişaf etmiş ölkələr bu xəstəliklə bağlı lazımi tibbi xidməti göstərə bilmirdilər. Bu da yəqin ki, təbiidir. Çünki heç kim buna hazır deyildi.

Ona görə bizim əsas vəzifəmiz qısa müddət ərzində bütün səfərbərlik işlərini düzgün təşkil edərək, pandemiyadan minimum itkilərlə çıxmaq üçün infrastruktur və maddi-texniki bazanın yaradılmasından ibarət idi. Laboratoriyalar, xəstəxanalar, çox böyük təşkilati məsələlər öz həllini tapdı. Logistik məsələlər də həmçinin. Eyni zamanda, həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün əməli addımlar atıldı. COVID xəstələrinə xidmət göstərən həkimlərin maaşları 3-5 dəfə artırılıb. Ən vacib və ciddi problemlərdən biri də həkimlərin çatışmazlığıdır. Çünki bizim həkimlərimizin sayı adi rejimə hesablanıb. Ona görə xəstələrin kəskin artması, əlbəttə ki, bu problemi də üzə çıxarıb. Bundan çıxış yolunu biz xaricdən həkimləri Azərbaycana dəvət etməkdə gördük.

Əlbəttə ki, bütün bu məsələləri həm təşkil etmək, həm də maliyyələşdirmək üçün gərək ölkədə imkanlar olsun. Ona görə, hazırda bir neçə xarici ölkədən həkimlər Azərbaycandadırlar. Onlar xəstələrə xidmət göstərirlər. Hesab edirəm ki, əgər ehtiyac yaranarsa, biz gələcəkdə də bu praktikanı tətbiq edəcəyik.

Pandemiya ilə mübarizə sahəsində bütün lazımi addımlar atılır. Hətta qısa müddət ərzində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlanmışdır. Bütün bunların istehsalı bizdə yox idi, heç lazım da deyildi. Təbii ki, hər bir ölkə istehlak etdiyi bütün malları istehsal etməməlidir. Ancaq biz gördük ki, xaricdən bəzi avadanlıqları, ləvazimatları gətirmək çətindir. Bəzən imzalanmış kontraktlar icra edilmirdi, vəsait də ödənilmişdi, yenə də biz lazımi avadanlığı gətirə bilmirdik. xüsusilə pandemiyanın ilk mərhələsində ki, dünyada çox böyük ajiotaj var idi.

Bütün bu işlərin nəticəsində biz ilk günlərdən xəstəliyi nəzarət altında saxlayırıq. İlk günlərdən həm Azərbaycan vətəndaşları, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bizim işlərimizə çox yüksək qiymət verildi. Mən bu günə qədər yerlərdən təşəkkür məktubları alıram ki, Azərbaycan dövləti bütün bu işləri operativ qaydada təşkil edib və insanların sağlamlığını təmin edib. Beynəlxalq təşkilatların mövqeyi də müsbətdir. Ümumdünya Səhiyyə Təşkilatı bizim fəaliyyətimizi nümunəvi fəaliyyət kimi dəyərləndirmişdir. Hesab edirəm ki, may ayının əvvəlində bizim yumşalma siyasətimiz düzgün addım idi. Çünki o vaxt xəstəliklə bağlı dinamika müsbət idi. Sağalanlar yoluxanlardan çox idi. Ona görə biz yumşalmaya getdik. Çünki bilirik ki, bu, insanları narahat edir, incidir. İnsanlar öz adi həyat tərzindən məhrum ediliblər. Ona görə yumşalmaya getdik. Amma nə gördük?! Gördük ki, xəstələrin sayı dərhal artmağa başladı, müsbət dinamika pozuldu və biz mənfi dinamika fazasına daxil olduq. Yenə sərtləşdirmə qaçılmaz oldu. Yenə sərt məhdudlaşdırıcı tədbirlər görülməyə başlandı. Bu tədbirlər görülməyə başlayandan təqribən bir ay sonra biz yenə də müsbət dinamikanı görürük. Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur. Müsbət dinamika budur. Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq. Ancaq biz görürük ki, bir balaca yumşalma olan kimi, xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə gedir və insanların həyatı təhlükə altına düşür.

Bu, elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs - yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır. Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma, baxın, indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan insanlar risk zonasındadır. Bu, belədir. Amma tam sağlam insanlar, idmançılar xəstələnir və ağır xəstələnir. Ona görə, bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Mən hesab edirəm ki, hələ alimlər dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürülür. Mən bu haqda danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra yəqin ki, onun müalicəsi də daha asan olacaqdır.

Əlbəttə, bilməliyik ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq. Onu da bilməliyik ki, baxmayaraq, vəziyyət nəzarət altındadır, - həkimlər bunu yaxşı bilirlər, - ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq. Ona görə, bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq. Yenə də deyirəm, bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisadi məhrumiyyətlərə dözərək əsas məsələni həll edəcəyik.

Bu gün bizim altı aylıq yekunlarımız bütün başqa ölkələr kimi, o qədər də müsbət deyil. İqtisadiyyat tənəzzülə uğrayıb. Düzdür, tənəzzül o qədər də böyük deyil - 2,7 faizdir. Amma bu il üçün bizim planlarımız çox böyük idi. Buna baxmayaraq, heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə, həm xəstəliklə mübarizəyə, eyni zamanda, xəstəlikdən əziyyət çəkən insanların maddi vəziyyətinin yaxşılaşmasına bu qədər vəsait xərclənib və xərclənəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz xərclərimizi artırmalı oluruq və büdcə xərclərimizə yenidən baxmalıyıq. Çünki bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi qaçılmaz olacaq. Bu vəsait, əlbəttə, büdcədə nəzərdə tutulmamışdır. Ona görə yəqin ki, büdcəyə dəyişiklik ediləcək və hesab edirəm, bu, düzgün addımdır. Çünki hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır.

Əlbəttə ki, dövlətin səyləri ilə bərabər, həkimlərin fəaliyyətindən çox şey asılıdır, onların rolu həlledicidir. Siz daim xəstələrlə təmasdasınız, öz sağlamlığınızı, həyatınızı risk altına qoyursunuz. Əfsuslar olsun ki, həkimlər arasında ölənlərin sayı artır. Biz bu vəziyyətdən ancaq birgə səylərlə çıxa bilərik - dövlət orqanlarının məsuliyyəti, həkimlərin peşəkarlığı, onların öz andına sadiqliyi və vətəndaşların məsuliyyəti. Biz bu vəziyyətdən birgə səylərlə çıxmalıyıq. Əminəm ki, belə də olacaq. Sizə uğurlar arzulayıram. Xəstələrə yaxşı baxın. Özünüzü, yaxınlarınızı yaxşı qoruyun. Çalışın, xəstələnməyin. Sizə cansağlığı, uğurlar arzulayıram. Sizi bir daha təbrik edirəm.

Həkim Nəzakət Kərimova dedi:

-Möhtərəm cənab Prezident, Sizi bütün şəkililər və xüsusən də Şəki Mərkəzi Rayon Xəstəxanasının kollektivi adından salamlayırıq. Bildiyimiz kimi, bu gün bütün dünyada yeni növ koronavirus infeksiyası böyük pandemiya olaraq yayılmış və bütün dünya səhiyyəsi, eləcə də dünya iqtisadiyyatı üçün böyük bir problemə çevrilmişdir. Əfsuslar olsun ki, bu pandemiya bizim ölkəmizdən də yan keçmədi. Ona görə də, mövcud pandemiya vəziyyətində əhaliyə yüksək tibbi xidmət göstərəcək və hər cür lazımi avadanlıqla təchiz olunmuş müasir modul tipli xəstəxanaların yaradılması günümüzün vacib və zəruri şərtlərindən biri idi. Sizin dəstəyiniz və təşəbbüsünüzlə bu gün Azərbaycanın bir çox bölgələrində, o cümlədən artıq Şəkidə belə bir xəstəxana inşa edildi və əhalinin istifadəsinə verildi. Biz də tibb işçiləri olaraq, Sizi əmin edirik ki, bütün bilik və bacarığımızı ortaya qoyacaq və xalqımıza yüksək səviyyədə tibbi xidmət göstərəcəyik, bizə olan etimadınızı doğruldacağıq.

Son olaraq dəyərli vaxtınızı çox almadan, Sizə bütün şəkililər adından xüsusi minnətdarlığımızı bildirmək istəyirik. Bilirik ki, bizim şəhərimiz həm Sizin, həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti dəyərli Mehriban xanım Əliyevanın daim xüsusi diqqət mərkəzindədir. Biz hər zaman bu xüsusi diqqət və qayğını görürük və hiss edirik. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və səyləri sayəsində Şəki Xan Sarayı ilə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Şəki şəhəri həm də UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinin bir üzvüdür. Buna görə həm Sizə, həm də dəyərli Mehriban xanıma bir daha təşəkkürümüzü bildiririk. Xahiş edirik ki, bizim salamlarımızı Mehriban xanıma çatdırasınız. Fürsətdən istifadə edib Sizi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və işlərinizdə yeni uğurlar arzu edirik.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən də sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Demək istəyirəm ki, siz tamamilə haqlısınız. Şəki şəhərinə mənim diqqətim həmişə olub. Bu səfər mənim Şəkiyə onuncu səfərimdir və bu, özlüyündə bir göstəricidir.

Son illər ərzində Şəki şəhərinin həm infrastruktur layihələrinin icrası, eyni zamanda, tarixi abidələrinin bərpası istiqamətində çox böyük işlər görülüb. Mən buraya gələrkən görülmüş işlərə bir daha nəzər saldım. Gördüm ki, burada infrastruktur layihələrinin bir çoxu reallaşıb, qazlaşdırmanın səviyyəsi təqribən 85 faizə çatıb, elektrik enerjisi ilə təchizat normaldır. Biz vaxtilə Şəkidə modul tipli elektrik stansiyası qurduq. Yol təsərrüfatı yenilənir. Həm kənd yolları, həm Şəki-Qax-Balakən yolu indi ən yüksək standartlara cavab verir. Mən göstəriş verəcəyəm ki, Şəki-Oğuz yolunun yenidən qurulması da dövlət proqramında nəzərə alınsın və bu iş də tezliklə icra edilsin.

Turizm layihələri icra edilir. Bir çox otellər tikilib və əlbəttə ki, infrastruktur olmadan turizm inkişaf edə bilməz. Bu modul tipli xəstəxananın qarşısında gözəl mərkəzi şəhər xəstəxanası, Olimpiya Mərkəzi, “ASAN xidmət” mərkəzi və digər obyektlər tikilib. Əlbəttə ki, keçən il Şəki Xan Sarayı ilə birgə şəhərin mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması tarixi hadisədir. Bu, Azərbaycanın növbəti böyük zəfəridir. Qız qalası, İçərişəhər, Qobustan və Şəki - bu, təsadüfi deyil. Əlbəttə ki, dediyiniz amillər həlledici rol oynayıb. Amma bununla paralel olaraq, Şəki şəhərinin dünyaya təqdimatı və buraya gələn turistlərin sayının artması nəticəsində Şəkini dünyada daha yaxından tanıdılar. Ekspert komissiyası, əlbəttə ki, bütün bu amilləri nəzərə alıb. Şəki doğrudan da Ümumdünya İrs Siyahısında olmağa layiqdir. Bu, bizim növbəti böyük qələbəmizdir, bütün Azərbaycan xalqının qələbəsidir. Ona görə, bundan sonra da bütün lazımi addımlar atılacaq. Mən bilirəm ki, problemlərdən biri də 1925-ci ildə tikilmiş 7 saylı şəhər məktəbidir. Bu məktəbin yenidən qurulması, yol çəkilişi və digər məsələlərlə bağlı Sərəncam veriləcək. Yəni, görülmüş bütün işləri sadalamaq mümkün deyil. Əsas odur ki, biz buna planlı şəkildə yanaşırıq - sosial infrastruktur, məktəblər, kənd təsərrüfatı, sənaye potensialı və əlbəttə ki, turizmin inkişafı. Pandemiyanın ən çox ziyan vurduğu sahə turizmdir. Bizim bu sahədə çox gözəl inkişafımız var idi. Keçən il ölkəmizə 3 milyondan çox turist gəlmişdi. Ancaq turistlər ölkəmizdə təqribən 2 milyard dollara yaxın pul xərclədilər və turizm sahəsində çalışan on minlərlə insan bundan faydalandı. Bu il biz 3,5 milyon turist gözləyirdik. Amma indi hər yerdə olduğu kimi, turizm demək olar ki, sıfır səviyyəsindədir. Ona görə, daxili turizmə böyük üstünlük verilməlidir. Çünki pandemiya nə vaxt başa çatacaq, heç kim bilmir. Başa çatandan sonra turizm sektorunun bərpası müəyyən müddət tələb edəcək. Çünki indi insanlar harasa getməyə ehtiyat edəcəklər. Ona görə, Şəkinin də inkişafının müəyyən faizi turizmlə bağlı olduğu üçün əlbəttə ki, biz bu amili nəzərə alacağıq. Amma əmin ola bilərsiniz ki, bundan sonra da Şəki şəhərinin və rayonun inkişafı diqqət mərkəzində olacaq, insanları narahat edən məsələlər həllini tapacaq. Onlardan biri içməli su layihəsidir. Əfsuslar olsun ki, bu layihə çox uzandı və çoxdan başa çatmalı idi. Mənə verilən məlumata görə, layihənin 55 faizi icra edilmişdir, ümid edirəm ki, yaxın gələcəkdə tam başa çatacaq. Bildiyiniz kimi, bu layihə beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşir və yubanmanın səbəblərindən biri də məhz budur. Çünki danışıqlar bir qədər çox vaxt apardı. Ancaq bilirəm ki, bu, çox önəmli layihədir və qeyd etdiyim kimi, onun böyük hissəsi icra edilib, qalan hissənin icrası üçün də lazımi vəsait ayrılacaq.

Əminəm ki, bütün digər məsələlər uğurla öz həllini tapacaq. Çünki ölkəmizin çox gözəl perspektivləri var. Biz artıq dayanıqlı iqtisadiyyat yaratmışıq, hətta neftin qiymətinin düşməsini Azərbaycan vətəndaşları hiss etmədilər. Biz bu ağır vəziyyətdə pandemiya ilə mübarizəyə böyük vəsait ayırırıq. Dediyim kimi, dövlət büdcəsinə əlavələr edilməlidir, dürüstləşmə aparılmalıdır. Əlavə xərclər cəlb ediləcək ki, insanlar daha da yaxşı yaşasınlar, ölkəmiz daha da güclənsin və inkişaf etsin. Sizi bir daha təbrik edirəm və sizə uğurlar arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub YENİLƏNİB  VİDEO

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik