Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin

çıxışı

- Xoş gəlmisiniz. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ticarət və Sənaye Palatasının Bakıdakı toplantısı çox əlamətdar hadisədir. Nəzərə alsaq ki, Azərbaycan hazırda Vətən müharibəsi aparır, bu toplantının xüsusi önəmi vardır. Biz bunu bizə göstərilən dəstək və həmrəylik əlaməti kimi qəbul edirik, buna görə sizə təşəkkür edirik. Bu, növbədənkənar toplantıdır və bunun əsas məqsədi ölkəmizə mənəvi dəstəyin göstərilməsidir.

Müharibənin ilk günlərindən biz Türkiyənin və digər qardaş, dost ölkələrin dəstəyini hiss edirik. Bildiyiniz kimi, Türkiyə Respublikasının Prezidenti, mənim əziz qardaşım bizə ilk dəstək verdi, çox əhəmiyyətli bəyanatlar verdi. Demişdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Ondan sonra digər dost, qardaş ölkələrin dövlət və hökumət başçıları - Pakistan, Əfqanıstan və digər dövlətlərin dövlət və hökumət başçıları bizə dəstək göstərdilər. Şadam ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bizə dəstək göstərmişdir və Şuranın çox önəmli bəyanatı olmuşdur. Bu, türkdilli ölkələr arasındakı birliyin, həmrəyliyin təzahürüdür. Eyni zamanda, deyə bilərəm ki, Azərbaycan dünya miqyasında da çox böyük dəstək almışdır. Qoşulmama Hərəkatı 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra ikinci böyük beynəlxalq təsisatdır və İslam Əməkdaşlıq Təşkilatı da bizə dəstək göstərmişdir. Bu, əlbəttə, bir daha onu göstərir ki, bizim işimiz haqq işidir, biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz ərazimizdə müharibə aparırıq, eyni zamanda, bu təşkilatlarda cəmləşən ölkələrin Azərbaycana olan münasibətinin əlamətidir.

Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilibdir. Hər həftə onlarla yeni yaşayış məntəqəsi - şəhərlər, kəndlər, qəsəbələr işğalçılardan azad edilir və Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir.

İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib. Ermənilər Zəngilan rayonunda, işğal edilmiş ərazilərdəki məsciddə donuz saxlayırdılar, bu videogörüntülər internetdə var və bu, bütün müsəlman aləmini hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır, əks-təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Döyüş meydanında bizim qabağımızda dayana bilməyən Ermənistan şəhərlərimizi, kəndlərimizi hər gün atəşə tutur. Bu gün səhər mənə verilən məlumata görə səhər saat 6-dan, - indi saat 9-a beş dəqiqə qalır, - bizim şəhər və kəndlərimizə 200-dən çox mərmi atılıbdır. Bu bir ay ərzində namərd atəş nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır, 404 mülki şəxs yaralanıbdır və 2 mindən çox ev dağılıbdır. Ermənistan maksimum çox insanı öldürmək üçün qadağan olunmuş silahlardan istifadə edir. Bizim isə intiqamımız döyüş meydanındadır. Bunu mən dəfələrlə bildirmişdim, demişdim ki, biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq. Düşməni qovuruq və sona qədər qovacağıq. Eyni zamanda, Ermənistana üç dəfə şans verildi. Bizim ordumuzun uğurlu əməliyyat keçirməsinə baxmayaraq, biz beynəlxalq vasitəçilərin təkliflərinə hörmətlə yanaşaraq üç dəfə atəşkəslə bağlı razılığa gəldik. Üç dəfə də Ermənistan bunu kobudcasına pozmuşdur - Birinci dəfə Gəncəni ballistik raketlərlə bombalaması ilə. İkinci dəfə atəşkəsdən 4-5 dəqiqə keçəndən sonra atəşkəsi pozdu. Üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi ilə atəşin açılması nəticəsində 21 insan həlak olmuş, 70 insan yaralanmışdır. Gəncəyə isə iki ballistik raketlə atəş nəticəsində 30-a yaxın insan həlak olmuşdur. Bax bu, erməni faşizminin eybəcər sifətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq və bunu davam etdirəcəyik. Heç kim bizim qabağımızda dura bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz.

Bununla yanaşı, mən dəfələrlə demişəm və bu, mənim mövqeyimdir, əgər Ermənistan, misal üçün, bu gün atəşi dayandırsa və danışıqlar masası arxasında konstruktiv mövqe nümayiş etdirsə, qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, biz dayanmağa hazırıq. Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər.

Ancaq biz bunun əksini görürük. Ermənistan baş naziri Rusiya Prezidentinə məktub göndərir və hərbi yardım istəyir. Bu, tamamilə qəbuledilməzdir. Buna heç bir əsas yoxdur. Biz öz torpağımızda düşməni əzirik, vururuq və torpaqlarımızdan çıxarırıq. Biz Ermənistana hər hansı bir təcavüz etməmişik. Bu birincisi. İkincisi, Rusiya Minsk qrupunun həmsədr ölkəsidir, bütün həmsədrlər kimi neytral mövqedə olmalıdır və həmsədrlərin, əslində, ATƏT tərəfindən onlara verilmiş mandatı bunu tələb edir. Paşinyanın bu məktubu göndərməsi onun əslində, etirafıdır. Etiraf edib ki, Ermənistan məğlub olub. Hesab edirəm ki, bu etiraf Ermənistan cəmiyyətində də ciddi təhlil olunmalıdır və Ermənistan rəhbərliyinə ciddi təzyiq edilməlidir ki, bu müharibə dayandırılsın, işğalçılar bizim torpaqlarımızdan çıxsın və bölgədə sülh təmin edilsin.

Mən bir daha sizə bu gözəl təşəbbüsə görə təşəkkürümü bildirirəm, xoş gəlmisiniz. Əminəm ki, tədbiriniz uğurlu keçəcəkdir. Sağ olun.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev dedi:

-Təşəkkür edirəm, cənab Prezidentim. Bu dəfə Türk iş dünyası qardaş Azərbaycanın səsini bütün dünyaya çatdırmaq üçün Bakıya gəlib. Bu münasibətlə məni və digər türk dünyası palatalarının sədrlərini qəbul etdiyiniz üçün çox təşəkkür edirəm.

Ermənistanın Azərbaycana hücumlarının başladığı ilk günlərdən bəri Türk Şurası olaraq, Türk dünyası olaraq biz qardaş Azərbaycanın yanındayıq. Lazımi bəyanatlar verdik, açıqlamalar etdik. Mən Gəncəyə getdim. Orada da mətbuat nümayəndələri ilə görüşdə bizim daha sərt mövqeyimizi ifadə etdik. Bu Vətən müharibəsində biz Azərbaycanın yanındayıq. Türk dünyası və Türk Şurasının Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz geri almaq məsələsində qanuni haqqı barədə dəstəyimi ifadə etdim. Münaqişənin yalnız və yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birliyin tanıdığı sərhədlərinin toxunulmazlığı əsasında həlli lazımdır deyirik.

Cənab Prezident, işğal altındakı torpaqların azad edilməsi yolunda şəhid olan bütün azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Bugünkü tədbirimizdə - Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palataları rəhbərlərinin iclasında həmrəyliyimizi bir daha ifadə edəcəyik. Bir daha qardaş Azərbaycanın yanında olduğumuzu bəyan edəcəyik. Dünən İstanbulda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türk Şurasının, türk dünyasının Səhiyyə Nazirlərinin iclasını keçirdik. Bu tədbirdə də biz qardaş Azərbaycana tam və hərtərəfli dəstəyimizi bir daha ifadə etdik.

Bildiyiniz kimi, ötən il Bakıda keçirilən Zirvə toplantısında Türk Şurasına üzv ölkələrin prezidentləri bizə təlimat verdilər. İndi biz Türk Şurasının 2021-ci il üçün strategiyasını, Türk dünyasının 2040-cı il üzrə hədəflərini hazırlayırıq. İnşallah növbəti Zirvə toplantısında bu sənədlər Sizlər tərəfindən qəbul ediləcəkdir. Türk Şurası hər zaman Sizinlə birlikdədir, cənab Prezident. Hamımız Azərbaycanıq.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm, çox sağ olun.

Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat dedi:

-Cənab Prezident, bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Yenidən Bakıda Sizinlə görüşmək bizim üçün böyük xoşbəxtlikdir. Türk Ticarət və Sənaye Palataları olaraq bugünkü səfərimizin əsas məqsədi Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkələrin rəhbərlərinin növbədənkənar iclasında iştirak etməkdir. Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri, Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti də buradadır. Eyni zamanda, Qazaxıstanın Ticarət və Sənaye Palatasının prezidenti də videokonfransla qatılacaq, çünki o, bu gün idarə heyətinin iclasında iştirak edir.

Bu gün Sizinlə birlikdə olduğumuzu ifadə etmək üçün buraya səfərə gəldik. Düz bir il əvvəl Zirvə toplantısında yenə Sizinlə birlikdəydik. Həmin vaxt Türk dünyasından 1200 iş adamı ilə çox faydalı iclas keçirmişdik. Zirvə toplantısına da bizi dəvət etmişdiniz. Eyni zamanda, Türkiyədən 50 milyon nəfəri özündə birləşdirən işçi ittifaqlarını, məmur ittifaqlarını, ticarət konfederasiyalarını təmsil edən səkkiz qeyri-hökuməti təşkilatının rəhbərləri də mənimlə birlikdə buraya gəliblər.

Biz 50 milyon nəfəri təmsil edən türk iş dünyası birliklərinin rəhbərləri olaraq, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu nümayiş etdirmək üçün buradayıq.

Prezident İlham Əliyev: Sağ olun.

Mustafa Rifat: Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Yaralı əsgərlərimizə və vətəndaşlarımıza Allahdan şəfa diləyirik. Sizin liderliyinizlə Azərbaycan Ordusunu təbrik edirik. Bizim otuz illik həsrətimizə son qoyursunuz. Allah Sizdən razı olsun, Allah köməyiniz olsun. Bizim üzərimizə hansı vəzifə düşürsə, türk qardaşlarınızın, Türkiyədəki qardaşlarınızın üzərinə hansı vəzifə düşürsə, 24 saata yanınızdayıq. Bizə xəbər göndərməyiniz kifayət edər, cənab Prezident. O gündən bəri Türkiyənin Odalar və Borsalar Birliyinin binasının önünü biz Azərbaycan bayrağımızla bəzədik. O gündən bəri belədir. Bu, bütün sosial mediada yayıldı. O gün ki, Siz əməliyyata başladınız, Ankaranın ən prestijli binalarından birində Azərbaycan bayrağını qaldırdıq.

Yenə bir tapşırığınız olarsa, məmnun qalarıq. Bizim də bu işdə xidmətimiz olarsa, çox xoşbəxt edərsiniz bizi. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Çox sağ olun, mən çox təşəkkür edirəm. Sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz ki, bu günlərdə bütün Azərbaycan xalqı birlik göstərir və bütün Azərbaycan xalqı dünyada bu məsələyə, bu müharibəyə münasibəti çox böyük həssaslıqla izləyir. Bu da başadüşüləndir. Çünki 30 il ərzində bizim torpaqlarımız işğal altında idi və beynəlxalq vasitəçilərin səyləri heç bir səmərə verməmişdir. Sadəcə olaraq, vaxtı uzatmaq, münaqişəni dondurmaq və işğalı əbədi etmək istiqamətində atılan addımları biz görürdük və Azərbaycan xalqı görürdü. Ona görə, bu son bir ay ərzində dünyada bu məsələ ilə bağlı səslənən hər bir fikrə, hər bir mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla yanaşır və ilk günlərdən bizim qardaş ölkələrimizdən bu dəstəyi görüncə əlbəttə ki, biz daha da ruhlandıq. Bu, bizə daha da böyük mənəvi güc verdi və bir daha gördük ki, bizim birliyimiz sözdə deyil, əməldədir. Sizin bu gün burada olmağınız bunu bir daha göstərir. Siz də Rifat bəy, qeyd etdiyiniz kimi, bir il bundan öncə Bakıda Türk Şurasının toplantısının keçirilməsi çox əlamətdar hadisə idi. Biz məhz bu məsələlərlə bağlı fikirlərimizi bildirmişdik ki, biz bir yerdə olmalıyıq, bütün məsələlərdə bir-birimizi dəstəkləməliyik. Hər zaman əgər kimsə çətin vəziyyətə düşərsə, mənəvi dəstək göstərilməlidir və bunu biz görürük. Ona görə sizin bugünkü toplantınıza mən xüsusi önəm verirəm. Əminəm ki, bütün Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcəkdir. Bir daha sizə təşəkkür edirəm.

Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramov və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev bu günlərdə öz ölkələrinin Azərbaycanla həmrəy olduqlarını bir daha ifadə etdilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edib YENİLƏNİB VİDEO

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO