CƏMİYYƏT
Kiyevin 20 yaşlı “Azərbaycan” küçəsi Fotoreportaj VİDEO
Kiyev, 13 may, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev şəhərinin sol sahilində yerləşən “Azərbaycan” küçəsinin bu adla bağlı 20 illik tarixçəsi var. Ancaq indi “Azərbaycan” küçəsi adlandırılan küçənin varlığı ötən əsrin 50-ci illərinə təsadüf edir. 1953-cü ildən Bakı komissarlarının şərəfinə küçənin adı “Bakı komissarları” adlandırılıb.
“Bakı komissarları” adı ilə küçə 1992-ci ilə qədər adlandırılıb, sonra başqa adlar verilib. Ukrayna hökumətinin qərarı ilə 2001-ci ildən küçə “Azərbaycan” adlanır.
Bir kilometrdən artıq uzunluğu olan küçə dəbdəbəli villaları və sovet dövründə tikilmiş binaları ilə seçilir.
AZƏRTAC “Azərbaycan” küçəsindən foto və video reportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev