17 NOYABR - MİLLİ DİRÇƏLİŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ KONFRANS
Birliyin sədri Şəmsi Axundov bildirmişdir ki, Milli Dirçəliş günü on dördüncü dəfədir qeyd edilir. O, 1993-cü ildə ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə “dirçəliş” tariximizin “yüksəliş” tarixi ilə əvəz olunmasını vurğulayaraq söyləmişdir ki, müdrik dövlət xadiminin yürütdüyü siyasi kurs nəticəsində ölkədə özbaşınalıq, xaos və anarxiya tez bir zamanda aradan qaldırılmışdır. Ulu öndərimizin başladığı və hazırda Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası Azərbaycan xalqının inkişaf və tərəqqisinə xidmət edir.
Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov Azərbaycan xalqının mübarizə tarixi və Milli Dirçəliş günü haqqında ətraflı məlumat vermişdir. O, 17 noyabrın bütün dünyada tələbə günü kimi qeyd edildiyini də xatırlatmış və bildirmişdir ki, bu gün müstəqil Azərbaycanın savadlı, bilikli gənclərə böyük ehtiyacı vardır.
Konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov, BMT-nin hüquq müdafiə orqanları ilə iş bölməsinin rəhbəri Məzahir Əfəndiyev və başqaları çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [13:32]
Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb
- 17.10.2026 [09:15]
Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]