Azərbaycan Dövlət İnformasiya Agentliyi

2004-CÜ İLİN DÖVLƏT BÜDCƏSİNİN GƏLİR VƏ XƏRC HİSSƏLƏRİNDƏ DƏYİŞİKLİKLƏR EDİLMİŞDİR

Milli Məclisin noyabrın 28-də keçirilən iclasında 2004-cü ilin dövlət büdcəsi zərfinə daxil olan “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” və “Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğindən, habelə investisiya qiymətli kağızları üzrə divident və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında” qanun layihələri müzakirə olunmuşdur.

Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov demişdir ki, regionların inkişaf etdirilməsi məqsədi ilə kənd təsərrüfatı istehsalçılarına vergi güzəştlərinin müddətinin daha 5 il uzadılması barədə Prezident İlham Əliyevin parlamentə göndərdiyi qanun layihəsi fermerlər tərəfindən razılıqla qarşılanmışdır. Qanun layihəsində deyilir ki, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər daha 5 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş sistem üzrə vergisi və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilirlər. Amma həmin şəxslər torpaq vergisinin ödəyicisi olaraq qalırlar.

Müzakirələr zamanı deputatlar kənd təsərrüfatı istehsalçılarının vergilərdən azad edilməsini ölkədə aqrar sahənin və regionların inkişafında mühüm rol oynayacağını bildirmiş və Prezident İlham Əliyevin bu addımını möhtərəm Heydər Əliyevin siyasi xəttinin davamı kimi qiymətləndirmişlər.

Sonra iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov ikinci layihə haqqında məlumat vermişdir. O demişdir ki, lotereya və istiqraz uduşlarının, bank əməliyyatlarına görə dividentlərin vergidən azad olunması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, əmanətlərin daha çox yerli banklarda yığılmasına, eləcə də daha çox kreditlərin verilməsinə xidmət edəcəkdir.

Banklara inamın ilbəil artdığını vurğulayan komissiya sədrinin sözlərinə görə, əhalinin banklara qoyduğu əmanətlərin məbləği əvvəlki illərlə müqayisədə təqribən 40-45 faiz artmışdır. Hazırda banklardakı əmanətlərin məbləği 1 trilyon manatdan çoxdur.

Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirmişdir ki, dividentlərdən tutulan vergilər il ərzində 10 milyard manata yaxın idi. Amma dividentlərin vergidən azad olunmusı ilə əmanətlərin banklara cəlb olunması və bu vəsaitlər hesabına kreditlərin verilməsinin artırılması daha məqsədəuyğundur.

Qanun layihələri müzakirə olunduqdan sonra maliyyə naziri Əvəz Ələkbərov “2004-cü ilin Dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların irəli sürdükləri təkliflərə bir daha aydınlıq gətirmişdir. Nazir demişdir ki, parlamentdə keçən müzakirələr zamanı 73 deputat çıxış etmiş və 50-dən çox təklif səslənmişdir. Həmin təkliflər bir daha təhlil olunmuş və layihədə bəzi dəyişkliklərin edilməsi qərara alınmışdır. Büdcə gəlirlərinin real imkanları nəzərdən keçirilmiş və onun 45 milyard manat artırılması məqsədəuyğun sayılmışdır. Bu, əsasən, Vergilər Nazirliyinin xətti ilə əlavə dəyər vergisi şəklində büdcəyə daxil olacaqdır. Bununla da Dövlət büdcəsinin gəlirləri 7 trilyon 2 milyard manat, xərcləri isə 7 trilyon 317 milyard manat təşkil edəcəkdir. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə gəlirlərdəki 45 milyard manatın 40 milyard manatı regionların inkişaf etdirilməsi məqsədi ilə dövlət investisiya xərclərinə yönəldiləcəkdir.

Gələn ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə edilmiş dəyişiklik nəticəsində 57 yeni kənd icra nümayəndəliyinin yaradılması və onların maliyyələşdirilməsi nəzərdə tutulmamışdı. Ona görə də bu məqsədlə 2 milyard 133 milyon manat vəsaitin ayrılması qərara alınmışdır.

Daxili imkanlar bir daha araşdırıldıqdan sonra dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondu 5 milyard manat azaldılaraq 70 milyard manat olmuşdur. Bu vəsait Daxili Qoşunların xərclərinin, o cümlədən əmək haqlarının artırılmasına və maddi texniki bazasının genişləndirilməsinə yönəldiləcəkdir.

Tələbələrin təqaüdlərinin artırılması da qərara alınmışdır.

İcmal büdcənin də gəlir və xərcləri artırılacaqdır. Belə ki, icmal büdcəsinin tərkib hissəsi olan dövlət büdcəsinin gəlirləri 45 milyard manat, enerji, qaz və kimya sektoruna ediləcək dolayı subsidiya 450 milyard manat, Dövlət Neft Fondunun xərcləri 165 milyard manat artırılacaqdır. Beləliklə, icmal büdcənin gəlirləri 10 trilyon 460,6 milyard manat, xərcləri 10 trilyon 731,8 milyard manat olacaqdır. Dövlət Neft Fondunun (DNF) gəlirləri nəzərə alınmadan, icmal büdcənin kəsiri 1 trilyon 200 milyard manat təşkil edəcəkdir. 2004-cü ilin icmal büdcəsinin tərkib hissəsi olan DNF –nun xərclərində qaçqın və məcburi köçkünlərin sosial, mənzil və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərinə 230 milyard manat ayrılması nəzərdə tutulmuşdur. Bu vəsait Bərdə, Ağcabədi, Sabirabad rayonlarında məskunlaşmış Ağdam, Füzuli, Cəbrayıl rayonlarından olan məcburi köçkünlər üçün yeni qəsəbələrin tikintisinə yönəldiləcəkdir. DNF-nin vəsaitindən BTC əsas ixrac boru kəmərinin layihəsində Azərbaycan Respublikası hökumətinin iştirak payının təmin edilməsi üçün 9 milyard manat əlavə vəsait ayrılacaqdır.

Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bəzi məsələlərə aydınlıq gətirmişdir.

Deputatlar dövlət büdcəsindən məqsədyönlü ayırmaların artımından razı qaldıqlarını bildirmiş, 2004-cü ilin Dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri səsə qoyularaq qəbul edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp telefonda Ukrayna, İran və ikitərəfli münasibətləri müzakirə ediblər

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb