Azərbaycan Dövlət İnformasiya Agentliyi

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Bakı, 14 iyun, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın dəstəyi ilə Bakıda keçirilən III Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu il festivalda 1200-dən çox iştirakçı, Azərbaycan, Hindistan, Çin, Rusiya, Türkiyə və digər ölkələrdən gəlmiş 80-dən çox ekspert və ustad bir araya gəlib.

Festivalın əsas mövzusu “Köklərdən İnkişafa” şüarı olub. Festivalın simvolu isə insanın öz kökləri ilə bağını, daxili dayaq nöqtəsini, inkişafını və yeni zirvələrə doğru hərəkətini ifadə edən Ağac seçilib.

Üç gün ərzində festival proqramı insanın hərtərəfli inkişafına xidmət edən müxtəlif ənənələri və istiqamətləri əhatə edib: meditativ təcrübələr, müxtəlif yoqa növləri, sufi ənənələri, çiqonq, çay mərasimləri, psixologiya, musiqi, incəsənət və mədəniyyətlərarası dialoq.

Festivalın rəmzlərindən biri də Nine Senses məkanında quraşdırılmış Arzu Ağacı olub. Üç gün ərzində müxtəlif ölkələrdən olan iştirakçılar ağacın budaqlarına öz arzularını, niyyətlərini və diləklərini yazaraq bağlayıblar. Arzu Ağacı festivalın əsas ideyasını – insanın köklərinə bağlı qalaraq daxili inkişaf yolunda irəliləməsini simvolizə edib.

Festivalın ən çox gözlənilən qonaqları sırasında neyroqrafika metodunun müəllifi Pavel Piskaryov, “Neyroağac. Köklərdən İnkişafa” proqramı və Sufizm Günü çərçivəsində təqdim etdiyi irimiqyaslı art-performansla çıxış edib.

Mənəvi inkişaf ustası İmram Kriya öz mühazirələri, master-klassları və musiqili görüşləri ilə böyük auditoriyanı bir araya gətirib.

Sağlamlıq və uzunömürlülük üzrə ekspert Lev İvanov, həmçinin insan potensialının tədqiqatçısı Vadim Popov həyat enerjisi, daxili inkişaf və sağlamlıq mövzularında çıxışları ilə iştirakçıların böyük marağına səbəb olublar.

Festival proqramında xüsusi yer tutan digər ekspert isə səs terapiyası ustası Aleksey Mayorov olub. Onun Səs terapiyası (Sound Healing) sessiyaları festivalın ən çox ziyarət edilən proqramlarından biri kimi yadda qalıb. Vibrasiya və səs üzərində qurulan bu təcrübələr iştirakçılara dərin rahatlama və daxili harmoniya hissi yaşadıb.

Festivalın ən mühüm hadisələrindən biri Şərqin mənəvi irsinə həsr olunmuş Sufizm Günü olub. Gün ərzində iştirakçılar sufi fəlsəfəsi və mədəniyyəti ilə musiqi, poeziya, meditasiya və müxtəlif mənəvi təcrübələr vasitəsilə tanış olublar.

Proqramın diqqətçəkən simaları arasında “Sufi Qəlbi” proqramını təqdim edən mənəvi müəllim Darpan, genişmiqyaslı art-performansın müəllifi Pavel Piskaryov və özünəməxsus çıxışı ilə festival iştirakçılarını valeh edən türkiyəli musiqiçi Özgür Baba yer alıblar.

Hindistanlı ustad Bharat Thakurun dərsləri, azərbaycanlı yoqa müəllimi Qafar Qənizadənin proqramları, transformasiya oyunu “Lila”, həmçinin musiqiçi Renatanın çıxışları festivalın yaradıcı və mənəvi atmosferinin formalaşmasına mühüm töhfə verib.

Festivalın bağlanış mərasimində çıxış edən "Nine Senses" Art Center-in akademik direktoru Natalya Jukova deyib: “Nine Senses" qədim biliklərlə müasir təcrübələrin qovuşduğu, insanın dayanıb özünü dinləyə bildiyi və daha şüurlu, harmonik həyata doğru addım atdığı bir məkandır. Müxtəlif ölkələrdən, mədəniyyətlərdən və ənənələrdən olan insanların Bakıda inkişaf, sağlamlıq və daxili yüksəliş ideyaları ətrafında bir araya gəlməsindən böyük məmnunluq duyuruq”.

Natalya Jukovanın sözlərinə görə, festival bir daha göstərdi ki, mənəvi təcrübələrə, sağlam həyat tərzinə və daxili harmoniyaya maraq bu gün insanları yaşından, peşəsindən və mənsub olduğu mədəniyyətdən asılı olmayaraq birləşdirir.

Festivalın parlaq finalı Marat Niqmatulinin “SBUDETSYA!” proqramı və Çingiz Mustafayevin “STATE of SOUND” layihəsi ilə baş tutub. Festivalın ən emosional anlarından biri isə Özgür Baba və Çingiz Mustafayevin eyni səhnəni bölüşməsi olub. İki fərqli mədəniyyətin səsini birləşdirən bu musiqili dialoq "Nine Senses Fest 2026"nın yaddaqalan yekun akkorduna çevrilib.

Təşkilatçılar festivalın həyata keçirilməsinə göstərdikləri dəstəyə görə tərəfdaşlara, sponsorlara, ekspertlərə, könüllülərə və bütün iştirakçılara təşəkkürlərini bildirirlər.

Festivalın baş tərəfdaşları "Sea Breeze Resort" və "The Club Port Baku", həmtəşkilatçısı "ANSA" akademiyası olub, sponsorları sırasında "Azersun Holding", "Bakı Tikiş Evi" (BTE) və "Azərbaycan Tekstil Assosiasiyası" (ATA) yer alıb.

Tədbirin informasiya tərəfdaşları "Media.az" və “Baku” jurnalı, həmçinin yerli və beynəlxalq media nümayəndələri olublar.

"Nine Senses Fest 2026" bir daha regionun ən böyük beynəlxalq mənəvi və bədən təcrübələri festivallarından biri statusunu təsdiqləyərək, müxtəlif mədəniyyətləri, dünyagörüşlərini və ənənələri sağlamlıq, yaradıcılıq, daxili harmoniya və şüurlu həyat ideyaları ətrafında bir araya gətirib.

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Orxan Kərimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyada leysan yağışları ilə əlaqədar 100 mindən çox insana təxliyə tövsiyə olunub

Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

Çin ABŞ-ni kibertəhlükəsizlik məsələsində ölkəni gözdən salmaqdan çəkinməyə çağırıb

ABŞ Çin mənşəli haker əməliyyatının qarşısını aldığını açıqlayıb

Rafael Qrossi: BMT əsas donorlarla münasibətlərdə etimadı bərpa etməlidir

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

Bill Qeyts süni intellektin məşğulluğa təsiri barədə xəbərdarlıq edib

ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

Tramp İranla danışıqlara qayıtmağa tələsmədiyini bildirib

Ölkənin bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib VİDEO

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib VİDEO

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq