Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Gülyaz və Gülyanaq Məmmədovaların təqdim etdiyi “ARB Günəş” televiziyasının yeni layihəsi - “Laylay” klipini dinlədik. Düşünürəm ki, hər şey layladan başlayır. İnsanın, xüsusilə də uşağın şəxsiyyət kimi formalaşmasında laylaların böyük rolu var.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Teyyub Aslanov deyib.
“Təsəvvür edin ki, nənələrimizdən, analarımızdan, bizə miras qalan laylalarla deyil, tamamilə başqa musiqilərlə böyüyən bir uşağın dünyagörüşü necə formalaşa bilər? Mən bunu təsəvvür etməkdə çətinlik çəkirəm. Ona görə düşünürəm ki, laylalar bizim milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin mühüm bir hissəsidir. Laylalar mütləq yaşamalı, qorunmalı və gələcək nəsillərə ötürülməlidir”, - deyə o qeyd edib.