Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

2018-ci il dərin transformasiya, 2019-cu il isə iqtisadi artımın daha yüksək intervala keçməsi ilə yadda qalacaq

2018-ci il dərin transformasiya, 2019-cu il isə iqtisadi artımın daha yüksək intervala keçməsi ilə yadda qalacaq

Bakı, 28 dekabr, AZƏRTAC

2018-ci il dərin transformasiya, 2019-cu il isə iqtisadi artımın daha yüksək intervala keçməsi ilə yadda qalacaq.

Bu barədə AZƏRTAC-a iqtisad elmləri doktoru, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

İcraçı direktor qeyd edib ki, 2018-ci ildə nəinki Azərbaycan iqtisadiyyatı, bütövlükdə cəmiyyətimiz üçün ən böyük hadisə Azərbaycan xalqının aprelin 11-də prezident seçkilərində İlham Əliyevə yenidən etimad göstərməsi və ulu öndər Heydər Əliyev tərəfindən başlanılan kursun uğurla davam etdirilməsi olub. Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar nəticəsində 2017-ci il iqtisadi artımın bərpası və 2018-ci il artımın sürətlənməsi və yeni iqtisadi modelə doğru dərin transformasiya illəri olduğu halda, 2019-cu il iqtisadi artımın daha yüksək intervala keçməsi ilə yadda qalacaq. Artıq Strateji Yol xəritələrində nəzərdə tutulan 2020-ci il hədəflərinin gerçəkləşməsi ilə yanaşı, 2025-ci il üçün strateji baxışın aktuallaşmasının şahidi oluruq.

İqtisadi islahatlar: Yeni iqtisadi modelə transformasiya

V.Qasımlı bildirib ki, 2018-ci ildə Strateji Yol xəritələrinin uğurlu icrası təmin edildi, o cümlədən mikro, kiçik və orta sahibkarlığın meyarlarının yenilənməsi, "Yaşıl dəhliz"in qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparıldı, həmçinin yeni sənaye, aqro və texnoparklar və sənaye məhəllələri yaradıldı. Vergi və gömrük islahatlarında əsas məqsəd sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılmasından ibarətdir. Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi oldu. 2017-ci il və 2018-ci ilin ilk dörd ayında təkcə "Doing Business" hesabatı üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilib. "Doing Business 2019" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlib, BRICS ölkələrinin hamısını, G20 ölkələrinin isə hər dördündən üçünü üstələyib.

Diqqətə çatdırılıb ki, institusional və struktur islahatları çərçivəsində "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya" qəbul edildi, həmçinin KOB-un İnkişafı Agentliyi, "DOST" Mərkəzi, TƏBİB, DAİM, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Enterpriseazerbaijan.com, Aqrar Kredit və İnkişaf Agentliyi, "Aqrar tədarük və təchizat" ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumlar yaradıldı və fəaliyyətə başladılar. Beləliklə dövlətimizin başçısının dizayn verdiyi yeni iqtisadi modelə uyğun olaraq institusional strukturlar mütəmadi şəkildə yenilənir. Vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədilə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi üçün Elektron hökumətin əhatə dairəsi genişləndirilir, "bir pəncərə" prinsipindən 7/24/365 prinsipinə keçid baş verir.

Prezident İlham Əliyev tərəfindən aparılan sürətli və uğurlu iqtisadi islahatlar, güclü sosial müdafiə, sahibkarlığın təşviqi, infrastrukturun təkmilləşdirilməsi, makroiqtisadi və ictimai-siyasi sabitlik, həmçinin beynəlxalq arenada mövqelərimizin daha da gücləndirilməsi siyasəti ilə uzlaşdırılır. Beləliklə, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı təmin edilir. Azərbaycan sahibkarları dövlət siyasətinə cavab olaraq innovativ tətbiqləri genişləndirir və sosial məsuliyyəti gücləndirir.

İqtisadi artım: Azərbaycan sürətlə sənayeləşir

2018-ci ildə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda özəl sahibkarlığın iştirakı ilə ticari bölmənin hesabına 1 faiz artdığını (o cümlədən post-neft dövrünün drayverləri - qeyri-neft sənayesi 9 faizdən artıq və kənd təsərrüfatı 5 faizə yaxın böyüyüb) deyən icraçı direktor qeyd edib ki, son 15 ildə 3,2 dəfə böyüyən iqtisadiyyatın belə bir baza üzərindən, üstəlik neft hasilatının ilbəil azalması və neft qiymətlərinin kəskin volatilliyi fonunda artım göstərməsi təqdirəlayiqdir. İqtisadi artımda neft sahəsinə nisbətən qeyri-neft sahəsi, dövlət bölməsinə baxanda özəl bölmə və qeyri-ticari sektorla müqayisədə ticari sektor getdikcə drayver rolunu daha çox oynayır. Bir sözlə, iqtisadi artımın keyfiyyəti yüksəlir. Digər tərəfdən dövlət investisiyalarının qidalandırdığı iqtisadi model, islahatların transformasiya etdiyi, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənir. Dövlətimizin başçısı bu münasibətlə deyib: "Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk".

Bildirilib ki, Azərbaycanda ÜDM-in strukturunda sənayenin üstün artım tempi qlobal trend olaraq dördüncü sənaye inqilabı ilə səsləşir. Sənayenin ÜDM-də xüsusi çəkisinə görə Avropada ön sırada gedən Azərbaycan hazırda sənayenin strukturunda neftdən qeyri-neft bölməsinə uğurlu keçid edir. Təkcə son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilmiş investisiya 70 faizə yaxın artıb. Təsadüfi deyil ki, Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında qeyri-neft sənaye məhsullarının (neft-kimya, polad, alüminium, ərzaq, müdafiə sənayesi, elektrik enerjisi və s.) həcmi getdikcə artır. Eyni zamanda, Azərbaycanın liderliyi ilə Xəzər sahilindən başlamış (Sumqayıt Kimya Sənaye Parkı başda olmaqla) Gürcüstan üzərindən Türkiyədə Aralıq dənizi sahilinə (Petkim) uzanan nəhəng bir kimya kompleksi yaradılıb. Azərbaycan bir sənaye dövləti olaraq regionun təkcə enerji mərkəzi deyil, həm də neft-kimya sənayesi mərkəzidir.

İqtisadiyyatın ixracyönümlü inkişafı təmin edilib

V.Qasımlı deyib ki, Mərkəzi Bankın məlumatına əsasən, bu ilin ilk 9 ayında cari əməliyyatlar balansında 5,1 milyard ABŞ dolları və ya ÜDM-in 15 faizi səviyyəsində profisit yaranıb ki, bu da kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtüb. Cari əməliyyatlar balansındakı profisit əsasən ticarət balansındakı profisit (67 faiz artım) hesabına formalaşıb. Bununla belə xidmətlər balansındakı kəsirin iki dəfə azalması və təkrar gəlirlər balansında profisitin 9 faiz artması cari əməliyyatlar balansındakı profisitə artırıcı təsir göstərib. Məsələn, Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə apardıqları əməliyyatlar 2018-ci ildə 1,3 milyard manata çatıb ki, bu da ötən ilin göstəricisindən 27 faiz çox olmaqla, bütövlükdə qeyri-neft mal ixracının 45 faizini təşkil edir. Turizmin inkişafı dövlətimizin başçısı tərəfindən aparılan siyasətin, o cümlədən "ASAN Viza"nın tətbiqi, turizm infrastrukturunun inkişafı, ölkəmizdə mötəbər tədbirlərin təşkili, promo kampaniyası, Dövlət Turizm Agentliyinin yaradılması başda olmaqla institusional və struktur islahatların birbaşa nəticəsidir. Xidmət ixracında həm də getdikcə böyüyən peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətlərini xüsusi vurğulamaq lazımdır ki, bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla inkişaf etdirilən kosmik sənayenin hesabına mümkün olub.

2018-ci ildə ilkin qiymətləndirmələrə əsasən idxalın həcmi 33 faiz artıb ki, bu da ölkədə həyata keçirilən sərmayə qoyuluşu və alıcılıq qabiliyyətinin çoxalması ilə birbaşa bağlıdır. 2018-ci ildə ixracın həcmi isə təxminən 30 faiz artıb ki, burada neft qiymətlərinin yüksəlməsi və qeyri-neft məhsullarının həcminin böyüməsi əsas arqumentdir.

Eyni zamanda, qeyri-neft ixracının artımı qeyri-neft sektorunun artımını üstələməklə iqtisadiyyatın ixracyönümlü inkişafını göstərib. 2018-ci ildə qeyri-neft ixracının 10 faizdən çox artımı proqnozlaşdırılır ki, bu da ölkəyə ötən illə müqayisədə 170 milyon ABŞ dolları daha çox valyutanın gəlməsini təmin edəcək. "Azexport", ticarət nümayəndəlikləri, ticarət evləri, ixrac subsidiyaları və digər mexanizmlər qeyri-neft ixracının artımında mühüm rol oynayıb.

Prezident İlham Əliyevin start verdiyi meqalayihələr

V.Qasımlı deyib: "2018-ci ildə 20 ildən artıq davam edən müzakirələrdən sonra Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması digər dörd sahil ölkəsi ilə bərabər Azərbaycanın da uğuru sayıla bilər. Konvensiya Azərbaycan üçün nəqliyyat, logistika, tranzit, ticarət, enerji və bioresursların istifadəsi baxımından yeni imkanlar açır.

2018-ci ildə rəsmi açılışları olan Cənub Qaz Dəhlizi və onun bir hissəsi olan TANAP 1,2 trilyon kubmetr ehtiyata malik olan "Şahdəniz-2" qaz yatağından "mavi yanacağın" Türkiyə, Gürcüstan və Avropaya nəqlinə imkan verəcək. Bu isə Azərbaycanın Avropada enerji təhlükəsizliyi, iqtisadi artım, yeni iş yerlərinin yaradılması, habelə ətraf mühitin qorunması siyasətinə verdiyi töhfədir. Beləliklə, Azərbaycan təbii resursları, daşıma infrastrukturu və emal imkanları ilə dünyanın təkcə neft deyil, həm də təbii qaz bazarlarında mövqelərini gücləndirir".

Vurğulanıb ki, 2018-ci ildə "Enerjinin İpək yolu" adlanan TANAP-ın açılışı ilə yanaşı Azərbaycan Prezidenti İlham Əliyev Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışını etdi. Bu kompleks ötən 2017-ci ildə dövlətimizin başçısı tərəfindən açılmış Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirir. Prezident İlham Əliyevin 2018-ci ildə xeyir-dua verdiyi layihələrdən biri - Türkiyədə "Petkim" neft-kimya kompleksinin ərazisində inşa olunan "Star" neft emalı zavodu (NEZ) qardaş ölkənin ilk Xüsusi Sənaye Zonası elan edildi.

2018-ci ildə üzv ölkələrinə regional və kontinental bazarlara çıxışı şaxələndirmək imkanı verən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə Lazurit dəhlizi (Lapis-Lazuli) ilə yükdaşımalara başlanıldı.

Makroiqtisadi sabitlik: Fiskal dayanıqlıq və bank sektoru

2018-ci ildə bank sektorunda trendlərin müsbət olduğunu deyən icraçı direktor diqqətə çatdırıb ki, bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri artıb, xarici borcu isə kəskin azalıb. Əmanətlərin dedollarlaşması və likvidliyin komfort zonasına keçməsi müşahidə edilib, həmçinin banklar bütün itkiləri tanıdıqdan sonra mənfəətə çıxıblar. Başa vurmaqda olduğumuz ildə Bazel ll-yə keçid tətbiq edilib, bankların kapital dayanıqlılığı artıb, rəqəmsallaşma güclənib və prudensial idarəetməyə keçid təmin edilib. Bütün müsbət trendlər bank sektorunun real iqtisadiyyatı daha geniş miqyasda maliyyələşdirmək istiqamətində gözləntiləri gücləndirir.

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq Maliyyə Sabitliyi Şurası pul proqramına müvafiq şəkildə pul və fiskal siyasətin sıx əlaqələndirilməsini həyata keçirib, 2019-cu ildə bu siyasət davam etdiriləcək.

Fiskal dayanıqlığı təmin etmək üçün qəbul edilən büdcə qaydalarına əsasən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2019-cu ildə 31,1 faiz, sonrakı illərdə müvafiq olaraq 30,1 faiz, 29,1 faiz və 28,1 faiz müəyyən edilib. Qəbul edilmiş qaydalara əsasən, icmal büdcə xərclərinin yuxarı həddi icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmalar əsasında hesablanacaq. 2018-ci ildə qəbul edilmiş "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya" və "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası" dövlət borcunu dayanıqlı və idarəolunan həddə saxlamağa, riskləri idarəetməyə və borca nəzarət mexanizmini gücləndirməyə imkan verəcək. 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən ortamüddətli xərclər çərçivəsi qəbul edildi və tarixdə ilk dəfə olaraq Azərbaycanın 2019-cu il dövlət büdcəsi yeni büdcə qaydalarına uyğun tərtib edildi. Beləliklə, neft gəlirlərinin volatilliyinin büdcəyə təsiri minimuma endirilir və kontr-tsiklik siyasət tətbiq olunur. Belə yanaşma makroiqtisadi sabitlik üçün vacibdir. 2018-ci ildə tədiyə balansında profisit güclənib, strateji valyuta ehtiyatlarımız 45 milyard ABŞ dollarına yaxınlaşmaqla, ÜDM-in 90 faizindən artığını təşkil edir və 31 aylıq mal və xidmət idxalına kifayətdir. Nəzərə alsaq ki, strateji valyuta ehtiyatlarımız xarici dövlət borcundan üç dəfə çoxdur, onda 2019-cu ildə makroiqtisadi sabitlik üçün ciddi əsaslar olduğu aydınlaşar. 2018-ci ildə manat dünyanın ən sabit valyutalarından biri olub. 2018-ci ildə Azərbaycan manatı türk lirəsinə qarşı 29 faiz, İran rialına qarşı 3 faiz, Ukrayna qrivnasına qarşı 2 faiz, Gürcüstan larisinə qarşı 4 faiz, Qazaxıstan təngəsinə qarşı 16 faiz, Rusiya rubluna qarşı 18 faiz, Çin yuanına qarşı 6 faiz, ABŞ dollarına qarşı 1 faiz və avroya qarşı 5 faiz bahalaşıb.

Sosial rifah dövləti

Vüsal Qasımlı deyib ki, 2018-ci ildə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 9 faizə yaxın artdığı halda, inflyasiya 2,3 faiz həddində qərarlaşır. Beləliklə, Prezident İlham Əliyev çox məharətlə dövlət, biznes və əhali maraqlarını balanslaşdırır. Bu mənada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyət, idman, elm, təhsil, özünüməşğulluq və səhiyyə sahələrində fəaliyyəti, xüsusilə əhalinin həssas təbəqələrinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Çünki aparılan siyasətin fövqündə insan amili dayanır və əldə edilmiş uğurlar insan inkişafına yönəldilir.

Azərbaycan və Ermənistan arasında fərq görünməmiş həddə çatıb

İcraçı direktoru qeyd edib ki, Azərbaycan və Ermənistan arasında 2018-ci ildə fərq indiyədək görünməmiş həddə çatıb: Ermənistanla müqayisədə Azərbaycanın iqtisadiyyatı dörd dəfə, strateji valyuta ehtiyatları 20 dəfə və əhali sayı 3,3 dəfə böyükdür. Üstəlik Ermənistanın dörd sərhədindən ikisi tam bağlı, digər ikisi isə məhdud imkanlara malikdir, işğalçı ölkə bütün neft-qaz, nəqliyyat-logistika, İKT layihələrindən kənarda qalmaqla işğalın girovu kimi getdikcə zəifləyir və Azərbaycanın uğurlu inkişafının kölgəsində qalır. Ermənistanın sağlam məntiqə söykənərək işğaldan geri çəkilməsi bütövlükdə regionun inkişafı üçün Azərbaycanın geniş imkanlarından istifadə edilməsi üçün şərait yarada bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Nazir: İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar

Araz çayında suyun səviyyəsi artıb VİDEO

Emin Əmrullayev: Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

UEFA Regionlar Kuboku: Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək

“Sənət sevgi ilə işlənən zaman daha gözəl olur” FOTO VİDEO

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir