2018-ci ildə Latviyanın əhalisi bir qədər azalıb, miqrasiya isə sıfır səviyyəsindədir
Riqa, 4 yanvar, AZƏRTAC
Latviya Mərkəzi Statistika İdarəsinin rəhbəri Ayya Ziqure bildirib ki, keçən il Latviyanın əhalisi bir qədər azalıb. Lakin bu, miqrasiya ilə deyil, ölkədə yeni doğulanların sayının azalması ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, Latviya əhalisinin sayı barədə bu ilkin məlumatlar iki aydan sonra dəqiqləşdiriləcək.
İlkin hesablamalara görə, keçən il Latviya əhalisinin sayı 9.000 nəfər azalıb. Kütləvi mühacirət halları qeydə alınmayıb. Latviyadan xaricə köçüb gedən insanların sayı və Latviyaya qayıdanların sayı təxminən eynidir. Beləliklə, miqrasiya sıfır səviyyəsindədir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]