CƏMİYYƏT
2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat olacaq
Bakı, 14 noyabr, AZƏRTAC
2024-cü il üçün yaşayış minimumu haqqında qanun layihəsi Milli Məclisdə birinci oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, sənəd Milli Məclisin 2024-cü il üçün büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi ilə bağlı noyabrın 14-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2024 [17:49]
Bakının 549 küçəsi yuyulub
- 25.05.2024 [15:18]
Prokurorluq işçiləri Xaçmazda keçirilən təmizlik aksiyasında iştirak ediblər
- 25.05.2024 [14:57]
Xəzər rayonunda avtomobil oğurlayan şəxsdə narkotik vasitə aşkarlanıb
Bakının 549 küçəsi yuyulub
- [17:49]
Gürcüstanda zəlzələ baş verib
- [17:17]
I Milli Təhsil Zirvəsi keçirilib
- [17:03]