Azərbaycan Dövlət İnformasiya Agentliyi

2025-ci il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyatında

2025-ci il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyatında

Bakı, 29 dekabr, AZƏRTAC

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov başa çatmaqda olan 2025-ci ilin yekunları ilə əlaqədar AZƏRTAC-ın müxbirinə deyib: “Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının 30 illiyi və Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümü qeyd olundu. Avqustun 8-də Vaşinqtonda ABŞ-ın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması da çox mühüm hadisələrdən biri oldu.

İşğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işləri tam vüsətlə davam etdirildi, onlarla müəssisə, yaşayış binası, yol və körpü istifadəyə verildi. Amnistiya aktı ilə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak edənlər və onların yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər, həmçinin həmin döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər cəzalarından tam azad edildilər. Elan edilmiş Amnistiya dövlətimizin başçısı tərəfindən bütün vətəndaşlara, eləcə də qazilərə qarşı humanizminin göstəricisidir. Bu Amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir. Hesab edirəm ki, yola saldığımız il dövlətimizin və xalqımızın maraqları baxımından kifayət qədər uğurlu oldu.

2025-ci il təşkilatımız üçün də uğurlu il olub. Hesabat ilində Respublika Veteranlar Təşkilatı icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlarla birgə veteran hərəkatının genişlənməsində, şəhid ailələrinin, təşkilatda təmsil olunan veteranların həyat və məişəti üçün lazımi şəraitin yaradılması və onların ölkənin ictimai həyatında fəallığının artırılması sahəsində xeyli addımlar atıb. Hesabat ilində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar vaxtilə sovet dövründə və müstəqilliyin bərpasından sonra onunla birgə, bilavasitə rəhbərliyi altında işləmiş rəhbər işçilərin, Birliyin əməkdaşlarının, şəhər (rayon) veteranlar təşkilatı sədrlərinin və müxtəlif kateqoriyadan olan üzvlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə çoxlu tədbirlər keçirilib. Ötən dövr ərzində veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü, Xocalı soyqırımının ildönümü, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü, 27 Sentyabr - Anım Günü, 8 Noyabr - Zəfər Günü və digər dövlət bayramlarına həsr olunmuş tədbirlər keçirilib. Həmçinin digər keçirilən tədbirlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri fəal iştirak ediblər. Mart ayında “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda, apreldə Şəki şəhərində “Zəfərdən zəfərə gedən yol”, Gəncə şəhəri Heydər Əliyev Mərkəzində “Zəfərdən zəfərə gedən yol”, mayda Naxçıvan şəhərində, iyunda Laçın rayonunda “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzularında konfranslar keçirilib”.

Təşkilat sədrinin verdiyi məlumata görə, bu ilin ötən dövründə təşkilata müraciət etmiş 76 nəfər Qarabağ müharibəsi veteranı, 40 nəfər Əmək veteranı, 26 nəfər Vətən müharibəsi iştirakçısı, 131 nəfər veteran hərəkatının fəal üzvü, 5 nəfər Əfqanıstan müharibəsi veteranı, 2 nəfər şəhid ailəsi üzvü, 6 nəfər Silahlı Qüvvələr veteranı, 1 nəfər Çernobl əlili, 1 nəfər hərbi xidmət əlili olmaqla ümumilikdə 286 nəfər müxtəlif kateqoriyadan olanların sənədləri öyrənildikdən sonra üzvlüyə qəbul edilib. Ad günləri və yubileylərlə əlaqədar veteranlara təbrik məktubları, Fəxri Fərmanlar hazırlanıb və ünvanlara göndərilib.

Müsahibimiz gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində görülən işlərlə əlaqədar deyib: “Hesabat ilində gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı istiqaməti üzrə işlər davam etdirilib. Həmin tədbirlərdə təşkilatın rəhbərliyi və əməkdaşları, rayon veteranlar təşkilatının sədrləri, tədbirin təşkil olunduğu ərazidə yaşayan fəal veteranlar, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bakı şəhəri üzrə Nərimanov, Nəsimi, Yasamal, Nizami, Suraxanı, Səbail, Xəzər, Xətai, Binəqədi, Sabunçu və Pirallahı rayonlarında yerləşən orta məktəb, gimnaziya və liseylərdə, Azərbaycan Dillər və Slavyan universitetlərində, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində İkinci Dünya müharibəsində 416, 402, 77, 396, 223-cü Azərbaycan diviziyalarının keçdiyi döyüş yolu haqqında, ordu quruculuğuna və 2016-cı ilin Aprel döyüşlərinə aid mövzularda, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “8 noyabr - Zəfər Günü” və digər mövzulara həsr edilmiş tədbirlər keçirilib. Həmin tədbirlərdə başlıca diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə yanaşı, yeniyetmə və gənclərin hərbi xidmətə, Vətəni qorumağa daim hazır olmasına yönəldilib.

Veteranların müalicəsi və istirahətinin təmini məsələlərinə toxunan təşkilat sədri bildirib: “İl ərzində Mərdəkan Veteranlar Xəstəxanasında müxtəlif kateqoriyalardan olan 1520 nəfər veteran və təqaüdçü müalicə kursu keçib. Onlardan 9-na Respublika Veteranlar Təşkilatı tərəfindən göndəriş verilib, 2 nəfər veteranın sanatoriya-kurort vərəqələri ilə təmin edilməsinə kömək göstərilib. Səhiyyə Nazirliyinin Bakı Şəhər Herontoloji Mərkəzi yaşlı veteranları təmənnasız tibbi müayinə və müalicə olunmaq üçün öz himayələrinə götürərək 5 illik müqavilə bağlanılıb, il ərzində mərkəzin həkimlər briqadası tərəfindən 62 veteran tibbi müayinədən keçirilib. Bundan başqa Bakı Şəhəri Herontoloji Mərkəzi təşkilatın 50-dən artıq üzvü ilə “Veteranların Tibbi maarifləndirilməsi” mövzusunda tədbir keçirib. Müalicəyə ehtiyacı olan bir çox veteranla bağlı isə əlaqədar tibbi müəssisələrinə müraciətlər edilib, onların müalicəsi sahəsində konkret addımlar atılıb. Hesabat ili ərzində müxtəlif məzmunlu 267 sənəd, 158 ərizə, elektron poçt vasitəsilə daxil olmuş 276 müraciət cavablandırılıb və digər təşkilatlara 234 sənəd göndərilib”.

Onun dediyinə görə, 2025-ci ildə İctimai Birliyin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilib: “Respublika Veteranlar Təşkilatının Türk Dövlətləri Təşkilatı, MDB və Avropa ölkələrinin müvafiq veteranlar təşkilatları ilə ikitərəfli, beynəlxalq veteranlar təşkilatları ilə çoxtərəfli əlaqələrin gücləndirilməsi, onların qabaqcıl təcrübələrinin öyrənilməsi, eyni zamanda, İkinci Dünya müharibəsi zamanı 416-cı, 402-ci, 77-ci, 396-cı və 223-cü Azərbaycan diviziyalarının döyüş yolu haqqında əlavə məlumatların əldə edilməsi, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya, Belarus, Gürcüstan, Tacikistan, Moldova, Almaniya, Avstriya, Macarıstan, Serbiya, Sloveniya, Polşa, Çexiya, Slovakiya və İtaliyanın veteranlar təşkilatları haqqında məlumatların toplanılması məqsədilə və qarşılıqlı səfərlərin təşkili ilə əlaqədar Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə müvafiq müraciətlər göndərilib.

İkinci Dünya müharibəsində Qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurası Moskva şəhərində keçirilən növbəti plenumunda və “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda keçirilən beynəlxalq konfransda, Moskva şəhərində "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının Rəyasət Heyətinin “Müstəqil dövlətlərin Beynəlxalq Veteranlar Birliyinin növbəti IX qurultayına hazırlığının son mərhələsində Birliyin (MDB) veteranlar təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi üzrə vəzifələri” və “Koordinasiya Şurasının Rəyasət Heyətinin növbəti Plenumu haqqında” iclaslarında iştirak etmişik. Hesabat ilində Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib. Rusiya Federasiyası Dağıstan Respublikasının Bakı şəhərindəki nümayəndəsinin xahişi ilə onunla görüş təşkil edilib. Görüşdə Ümumrusiya veteranlar ictimai təşkilatlarının Dağıstan regional bölməsi İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Dağıstan və Azərbaycanın veteranlarının birgə forumunda iştirakı ilə əlaqədar nümayəndə heyətimizin həmin forumda iştirakı təmin edilib. Ötən dövr ərzində respublikanın Mərkəzi Arxivindən İkinci Dünya müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar haqqında əlavə məlumatlar toplanılaraq təşkilatın məlumat bazasına daxil edilib. MDB dövlətləri və Avropa ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarlarının aşkarlanması və qorunub saxlanılması üçün həmin şəhərlərdə fəaliyyət göstərən səfirlik və diaspor təşkilatları ilə birgə işlər aparılıb”,- deyə təşkilat sədri bu il beynəlxalq əməkdaşlıq sahəsində görülən işləri qeyd edib.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib