“20 Yanvar dairəsi”nə avtonəqliyyat vasitələrinin girişi məhdudlaşdırılır
Bakı, 30 aprel, AZƏRTAC
Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində aprelin 30-u və mayın 1-də Moskva prospektindən “20 Yanvar dairəsi”nə şəhərdən çıxış istiqamətinə doğru avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva prospekti - Cavadxan küçəsi - “3-cü mikrorayon dairəsi” və ya Tbilisi prospekti - Ədbdulvahab Salamzadə - Ceyhun Səlimov küçələri - “3-cü mikrorayon dairəsi” istiqamətlərindən istifadə edərək Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva prospektinin köməkçi yoluna çıxa bilərlər.
Mayın 2-3-də isə Moskva prospektindən “20 Yanvar dairəsi”nə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq. Sürücülər alternativ olaraq Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin Alatava - Dadaş Bünyadzadə, Alatava - Müzəffər Həsənov küçələri istiqamətindən istər “20 Yanvar dairəsi”nə, istərsə də şəhərin digər istiqamətlərinə hərəkət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]