İDMAN
Çövkən oyunu üzrə Şuşa kuboku turnirinin qalibləri mükafatlandırılıb VİDEO
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turnirinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil edilən yarışın qalibinə, eləcə də ikinci və üçüncü yerin sahibinə kubok və medalları ARAF-ın prezidenti Elçin Quliyev təqdim edib.
Xatırladaq ki, final mərhələsində “Buta Qolden” və “Polad” komandaları birincilik uğrunda mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Polad” komandası rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Şuşa kubokunda üçüncü yer uğrunda görüşdə isə “Sərhədçi Dilbaz” komandası rəqibindən 5:0 hesabi üstün olub.
Turnirdə 6 komanda kubok və medallar uğrunda mübarizə aparıb.