REGİONLAR
Siyəzəndə ikisi qardaş olmaqla, 4 nəfər narkotiklə saxlanılıb VİDEO
Siyəzən, 23 fevral, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Musa və Seymur Paşayev qardaşlarını saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxslərdən marixuana, heroin, 1 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri İlham Dadaşov və Vaqif Əliyev saxlanılıblar. Həmin şəxslərdən külli miqdarda heroin, 30 ədəd metadon həbi və psixotrop maddə olan metamfetamin aşkar olunub.
Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib.