CƏMİYYƏT
Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün danışıqlar prosesi dəstəklənməlidir VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi dəstəklənməlidir. Həmçinin sülhə nail olmaq üçün səylər göstərilməlidir. Bu günədək danışıqlarda uğurlar qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda keçirilən MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclası çərçivəsində MDB Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov bildirib.
A.Manilov əlavə edib ki, bu gün keçirilən iclasda Ermənistanın sərhəd idarəsi də iştirak edib.
O deyib: “Ümidvaram ki, Ermənistandakı görüşdə də Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Ona görə də həm Azərbaycanda, həm Ermənistanda, həm də bir sıra digər qaynar nöqtələrdə sülhün, təhlükəsizliyin bərqərar olması üçün danışıqlar prosesini maksimum dəstəkləmək lazımdır”.