Milli televiziya və radiomuz 97 ildir “Danışır”, 67 ildir “Göstərir” VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür. Milli radiomuz 97, televiziyamız isə 67 yaşını qeyd edir.
AZƏRTAC-ın əməkdaşları bu özəl gün münasibətilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) olublar.
AzTV-nin sədr müavini Rafiq Həşimov bildirib ki, Azərbaycan Radiosu ölkənin demək olar yüz faizini əhatə edən yeganə radiodur. Qeyd edib ki, möhtəşəm qələbəmizdən sonra radio artıq Qarabağda da səslənir.
AzTV-nin proqram müəllifi, telejurnalist Dilarə Səlim Azərbaycan Televiziyasının tək burada çalışanlar yox, həm də digər televiziya və radio kanallarında çalışanlar üçün doğma olduğunu söyləyib. Bildirib ki, bu televiziya ənənələrə sadiq qalmaqla yanaşı, müasirliyin nəbzini tutan, müasirliklə ayaqlaşmağa çalışan kanaldır.
Süjetlə daha ətraflı videoda tanış ola bilərsiniz.