CƏMİYYƏT
Mübariz Qurbanlı: Bakı İlahiyyat Kollecinə il ərzində 20-25 nəfərin qəbul edilməsi nəzərdə tutulub VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycanda din sahəsində kadr hazırlığı davam edir. 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə İlahiyyat İnstitutu yaradılıb. İlahiyyat İnstitutu islamşünas və dinşünas ixtisasları üzrə kadr hazırlığını həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı İlahiyyat Kollecinə il ərzində 20-25 nəfərin qəbul edilməsi nəzərdə tutulub.
“Ümumiyyətlə, Azərbaycanda din sahəsində çalışan kadrların perspektivi nəzərə alınmalıdır. Yəni, dini sahədə çoxlu kadrlar hazırlasaq, onların çalışdığı yerlər də mütləq olmalıdır. Bu mənada planlaşdırma olmalıdır", - deyə Komitə sədri qeyd edib.