30 saylı Yasamal seçki məntəqəsində 28 seçici ilk dəfə səsvermədə iştirak edir
Bakı, 7 fevral, AZƏRTAC.
Mərkəzi Seçki Komissiyasının 16 saylı Yasamal 2-ci seçki dairəsinin 30 saylı seçki məntəqəsində fəal səsvermə prosesi müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, 225 saylı orta məktəbdə yerləşən məntəqədə seçki qanununa uyğun olaraq tərtib edilib. Məntəqə sədri Gülcahan Həsənova bildirib ki, məntəqədə 28 nəfər ilk dəfə verir.
“İlk dəfə səs verənlərə qanunun tələbləri izah olunub və onlar gizli səsvermə yolu ilə istədikləri namizədə səs veriblər. 11 nəfər qeydiyyat vəsiqəsi alıb”, - deyə məntəqə sədri bildirib.
Gülcahan Həsənovanın sözlərinə görə, ərazidə ali təhsil müəssisələrin sayı çox olduğu üçün səs verən gənclərin sayı çoxdur.
Məntəqədə müşahidəçilər və mətbuat nümayəndələri öz funksiyalarını qanuna uyğun formada həyata keçirirlər. Ümumilikdə məntəqədə səsverənlərin fəallığı müşahidə edilir.