CƏMİYYƏT
30 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
![30 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub](/files/2022/3/1200x630/16655844542382616394_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 11-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 31 ictimai iaşə müəssisəsində agentliyin əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 30 müəssisədə nöqsanlar müəyyən olunub. Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 29, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 20 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/3429 linki vasitəsilə məlumat almaq mümkündür.