Ağstafada 4 nəfər dəm qazından zəhərlənib VİDEO
Ağstafa, 15 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.
Belə ki, kənd sakini olan 4 nəfər yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma aparılır.