Baş katibin müavini: ECO-nun qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planları hazırdır VİDEO
Laçın, 2 iyul, AZƏRTAC
İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atır. Təşkilat qadınların dəstəklənməsində çox israrlıdır. Biz BMT-nin çətiri altında regionda qadınlar üçün daha keyfiyyətli həyat təmin etmək niyyətindəyik.
AZƏRTAC-ın Laçın rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, bunu ECO-nun Baş katibinin müavini Silapberdi Nurberdiyev təşkilatın Qadınlar Forumunun açılış mərasimində deyib.
O bildirib ki, forum qadınların güclü iqtisadi cəmiyyətin qurulmasındakı rolunu bir daha ortaya çıxaracaq. “Qadınlara təkcə ənənəvi deyil, müasir sahələrdə də dəstək göstərilməli, onların rəqəmsal bacarıqları artırılmalıdır. Artıq təşkilatın qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planları da hazırdır”, - deyə Silapberdi Nurberdiyev diqqətə çatdırıb.