Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “Baku Steel Company” “Azərboru”nun modernizasiyasının ilk mərhələsini tamamlayıb VİDEO

®  “Baku Steel Company” “Azərboru”nun modernizasiyasının ilk mərhələsini tamamlayıb VİDEO

Cənubi Qafqazın ən böyük polad istehsalçısı olan “Baku Steel Company” QSC (BSC) Sumqayıt şəhərində yerləşən “Azərboru” istehsalat sahəsində genişmiqyaslı modernizasiya layihəsinin ilk mərhələsini tamamlayıb. Layihə şirkətin uzunmüddətli inkişaf strategiyası çərçivəsində həyata keçirilir və “Azərboru”nun ixracyönlü məhsullara əsaslanan, müasir, yüksək texnoloji istehsalat sahəsinə çevrilməsində mühüm addımdır.

Şirkətin tikişsiz polad boru istehsalı sahəsində strateji təşəbbüsləri iki amillə dəstəklənir:

• 2024-cü ilin noyabr ayında Amerika Neft İnstitutundan (API) beynəlxalq sertifikatın alınması. 2025-ci ilin may ayında keçirilən illik yoxlamadan sonra istehsal proseslərinin API tələblərinə tam uyğunluğu təsdiqlənib və bu, ABŞ bazarı da daxil olmaqla, boru məhsullarının ixracının genişləndirilməsi üçün imkanlar açıb.

• 2024-2025-ci illərdə yeni sinif boruların istehsalı üçün polad pəstahların keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə BSC tərəfindən poladəritmə sahəsində Bakı şəhərində həyata keçirilən texnoloji modernizasiya. Vakuum qazsızlaşdırma qurğusunun istismara verilməsi, pəstahların qapalı tökmə texnologiyasının mənimsənilməsi, legirlənmiş elementlərin ərintiyə verilməsi üçün müasir avadanlıqların tətbiqi mühüm layihələrdəndir. Daxili keyfiyyəti idarəetmə standartları da daim təkmilləşdirilir.

“Azərboru”nun modernizasiyasının ilk mərhələsinin əsas məqsədləri:

• Boru məhsullarının istehsal həcminin artırılması;

• Yeni ölçü diapazonları və möhkəmlik sinifləri üzrə məhsul çeşidinin yerli və ixrac bazarları üçün genişləndirilməsi;

• Gələcək məhsul inkişafı üçün texnoloji bazanın yaradılması;

• Regionda BSC-ni fərqləndirə bilən böyük əlavə dəyərə malik yüksək texnologiyalı məhsulların bazarlarına çıxmaq.

Layihənin icrasına İspaniya, İtaliya, Almaniya, Rusiya, Hindistan, Çexiya və Ukraynadan olan avadanlıq və mühəndislik sahəsində ixtisaslaşmış tərəfdaşlar cəlb edilib. Əsas tərəfdaşlar arasında “Danobat”, “Lazzari”, “GH”, “Karl Deutsch”, “Nordinkraft”, “Prestar” və sahənin digər lider şirkətləri yer alır.

İstehsalat dövrünün mərhələləri üzrə əsas layihələr:

İsti yayma sahəsində, modernizasiya çərçivəsində TPA-250 yayma dəzgahı avadanlıqlarının yenilənməsi elementləri ilə əsaslı şəkildə təmir olunub. Yayma dəzgahının və qızdırıcı sobanın əsas komponentləri dəyişdirilib, “GH Induction/Ajax TOCCO” şirkətinin istehsalı olan yayma xəttindəki boruların induksiya qızdırıcı sisteminin və yeni “Lazzari” düzləndirici dəzgahının quraşdırılması üçün hazırlıq işləri görülüb. Yeni avadanlıq xəttin məhsuldarlığını artırır və yeni növ boruların istehsalına imkan yaradır. Bütün bu işlər qəzasız şəkildə başa çatdırılıb - ümumi həcm 15 min adam/saatdan çox olub.

Qoruyucu borular sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Burada borulara və birləşdirici muftalara yiv açmaq üçün müasir “Danobat” avadanlıqları, avtomatlaşdırılmış boru daşınma xətti və mufta quraşdırma kompleksləri istifadəyə verilib ki, bu da mufta birləşmələrinin məhsuldarlığının əhəmiyyətli dərəcədə artmasına və stabil keyfiyyətinin yaxşılaşdırılmasına imkan verir.

Keyfiyyətə nəzarət sistemi də xeyli gücləndirilib. “Nordinkraft” şirkətinin boruların keyfiyyətinə nəzarət üçün yeni ultrasəs qurğusu və “Karl Deutsch” maqnit-toz defektoskopu - boruların və muftaların keyfiyyətini dəqiq diaqnostika etməyə imkan verən avadanlıqlar istifadəyə verilib.

Modernizasiya şirkətə enerji səmərəliliyi və davamlı inkişaf prinsiplərinə cavab verən müasir istehsal mühiti yaratmağa imkan verib. Yeni nəsil avadanlıqlar enerji xərclərinin azaldılmasını, xammal itkilərinin minimuma endirilməsini və istehsal olunan məhsulların sabit keyfiyyətini təmin edir. Avtomatlaşdırılmış idarəetmə sistemləri sayəsində texnoloji proseslər dəqiq nəzarətdə saxlanılır və çevik şəkildə idarə olunur.

Əlavə olaraq, muftaların sinklənməsi sahəsində tullantı sularının təmizlənməsi üçün qurğunun montajı tamamlanıb və yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur. Bu sistem şirkətin ətraf mühitə təsirinin minimuma endirilməsi və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini əks etdirir.

Modernizasiyanın ilk mərhələsinin nəticələri:

• İstehsal gücü 60 min tona qədər - ikiqat artırılıb;

• Yeni ölçü diapazonunda (245 mm diametrə, 20 mm divar qalınlığına qədər) məhsulların istehsalına başlanılıb;

• P110 sinfi də daxil olmaqla, yeni məhsul siniflərinin seriya istehsalı mənimsənilib;

• Müasir avadanlıqlarda işləmək üçün personala təlim keçirilib, işçilərin ümumi ixtisas səviyyəsi yüksəldilib.

“Azərboru”nun modernizasiyasının ilk mərhələsinin həyata keçirilməsi mühüm istehsal nəticəsi olmaqla yanaşı, həm də BSC-nin texnoloji həllər, beynəlxalq tərəfdaşlıq və strateji baxışa əsaslanan dayanıqlı inkişaf modeli qurmaq bacarığının sübutudur. Şirkət Azərbaycanın metallurgiya sektorunda aparıcı oyunçu və qlobal bazarda etibarlı təchizatçı kimi rolunu gücləndirərək istehsal güclərini inkişaf etdirməyə, məhsulların çeşidini genişləndirməyə və keyfiyyətini təkmilləşdirməyə davam edəcək.

 https://www.youtube.com/watch?v=wyPyIBDXnNA

®  “Baku Steel Company” “Azərboru”nun modernizasiyasının ilk mərhələsini tamamlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir