Azərbaycan Dövlət İnformasiya Agentliyi

QUBA MƏZARLIĞI ERMƏNİ VƏHŞİLİYİNİN NƏTİCƏSİDİR VƏ QONDARMA “ERMƏNİ SOYQIRIMI”NIN YALAN OLDUĞUNU TƏSDİQ EDİR
MƏZARLIĞA YAP-IN TƏŞKİL ETDİYİ YÜRÜŞ İŞTİRAKÇILARININ QƏTİ FİKRİ BELƏDİR

AZƏRTAC xəbər verir ki, aprelin 24-də Quba rayonunda ötən əsrin əvvəllərində ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlıların cəsədlərinin yığıldığı məzarlığa Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə yürüş keçirilmişdir.
Yürüşdə YAP icra katibliyinin rəhbərliyi, Milli Məclisin deputatları, Türkiyə səfirliyinin, Azərbaycanda akkreditə olunmuş Türkiyə televiziya kanalları və yerli KİV-lərin nümayəndələri iştirak etmişlər.
Məzarlıqda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman Ağayev yürüş iştirakçılarına məlumat verərək bildirmişdir ki, Qudyalçayın sağ sahilində tikinti ilə əlaqədar qazıntı işləri aparılan zaman kütləvi qətlləri təsdiq edən xeyli sayda insan sümükləri aşkar olunmuş və ilkin araşdırmalardan sonra bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya basqını zamanı öldürülmüş yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Təhqiqat zamanı ərazidə sümüklərin yığıldığı 2 quyu müəyyən edilmişdir. Birinci quyu 4 metr dərinliyində, 5 metr diametrində, ikinci quyu isə 2 metr dərinliyində, 2,5 metr diametrindədir. Aşkar edilmiş 35 insan kəlləsindən 4-ü 8-12 yaşlarında uşaqlara, 3-ü qadınlara, qalanları isə müxtəlif yaşlı kişilərə məxsusdur. Kəllə sümüklərində aşkar olunan küt alət izləri onların zorakılıqla qətlə yetirildiyini təsdiq edir. Yerli sakinlər şəhərdən kənarda qətlə yetirildikdən sonra gələcəkdə daşqınlar zamanı izin itirilməsi məqsədi ilə meyitlər çay kənarına gətirilərək yamacda qazılmış bu quyulara doldurulmuşdur. Meyitlər birinci quyuya yerləşmədiyindən ikinci quyu qazılmışdır. Tarixi parametrlər, ağsaqqalların dedikləri, arxiv sənədləri sübut edir ki, bu sümüklər XX əsrin əvvəllərində erməni silahlı dəstələri tərəfindən soyqırımına məruz qalmış yerli sakinlərə məxsusdur.
Məsələnin institutun elmi şurasında müzakirə olunduğunu bildirən Q.Ağayev qeyd etmişdir ki, bu fakt 100 ilə yaxın bir dövrdə ermənilərin türklər tərəfindən soyqırımına məruz qaldığı barədə iddialarının yalan olduğunu birbaşa sübut edir.
YAP-ın icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, aşkar edilmiş məzarlıq erməni-daşnak vəhşiliyinin nəticəsidir və qondarma “erməni soyqırımı”nın yalan olduğunu təsdiq edir. Təhqiqatların davam etdirilməsi ilə əlaqədar beynəlxalq komissiyanın yaradılacağını vurğulayan icra katibi araşdırmalara xarici ekspertlərin də cəlb ediləcəyini demişdir. Onun qənaətinə görə, həmin komissiya məsələyə daha düzgün və beynəlxalq səviyyədə qəbul ediləcək şərh verə bilər. Bundan sonra beynəlxalq aləm ermənilərin deyil, məhz azərbaycanlıların və türklərin soyqırımına məruz qaldığını etiraf etməli olacaq.
Milli Məclisin deputatı Yevda Abramov elmi araşdırmalardan sonra məsələnin İsrail Knessetinin gündəliyinə salınması barədə israilli deputatlarla müzakirələrin aparıldığını diqqətə çatdırmışdır. O vurğulamışdır ki, İsrail səfirliyi tərəfindən mayda keçiriləcəyi planlaşdırılan “Azərbaycanda tolerantlıq və yəhudilərin məişəti” mövzusunda konfransa səfirlər dəvət olunmuşlar və səfər çərçivəsində onların məzarlığa gətirilməsi nəzərdə tutulmuşdur. “Qanlı dərə” döyüşündə yəhudilərin ermənilər tərəfindən qətlə yetirilməsi barədə sənədləri artıq ABŞ Senatına təqdim etdiyini bildirən Y.Abramov son məlumatlara görə, daha 14 yəhudi ailəsinin ermənilər tərəfindən soyqırımına məruz qaldığını qeyd etmişdir. Y.Abramov demişdir ki, ümumilikdə, əlimizdə olan sənədlər 1918-ci il hadisələri zamanı ermənilər tərəfindən 101 yəhudi ailəsinin qətliama məruz qaldığını təsdiq edir.
Məzarlıq ərazisində təhqiqatlar başa çatdıqdan sonra Xatirə kompleksinin yaradılacağı bildirilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər