3 İLDƏ SUMQAYITDA 23 MİNƏDƏK YENİ İŞ YERİ AÇILMIŞDIR
Bununla əlaqədar Şəhər İcra Hakimiyyətinin başçısı yanında xüsusi komissiya yaradılmışdır. Şəhərin alim və aparıcı mütəxəssislərinin daxil olduğu komissiya Dövlət Proqramının həyata keçirilməsi yollarını müəyyən etmişdir.
Şəhərdə elmi-praktik konfransların keçirilməsi ənənə halını almışdır. Sumqayıtlıların seçdikləri və dövlət başçısı İlham Əliyevin əhalinin məşğulluğu probleminin həllinə dair tələblərinin yerinə yetirilməsinə yönəldilmiş elmi və yaradıcılıq vektoru sahibkarlıq potensialının üzə çıxarılması, real innovasiya və moderinləşdirilmiş texnologiyaların tətbiqi üçün mühüm tədbirlərin hazırlanmasına kömək etmişdir.
Statistikaya görə, Sumqayıt yeni iş yerləri yaradılması sahəsində regionlar arasında liderdir. 3 ildə şəhərdə 23 minədək iş yeri yaradılmışdır ki, onların da 9500-ü daimidir. Təkcə cari ilin 9 ayında şəhərdə 5400-dən çox yeni iş yeri açılmışdır.
Sumqayıtda biznes üçün əlverişli mühitin yaradılması, sahibkarların fəaliyyətinə hüquq mühafizə orqanlarının əsassız müdaxiləsinə son qoyulması, hər cür bürokratik əngəllərin aradan qaldırılması sahibkarlıq təşəbbüsünü xeyli yüksəltmiş, şəhər iqtisadiyyatının inkişaf dinamikasına müsbət təsir göstərmişdir. İstehsalda özəl bölmənin payı xeyli artmışdır. Sürətlə yeni müəssisələr və çoxmərtəbəli yaşayış binaları tikilir.
Eyni zamanda bir neçə sənaye obyektinin tikintisində işəsalma-sazlama işləri başa çatmaqdadır. Yaxın günlərdə şəhərdə daha bir iri müəssisə - “AZKOMPOZİT” Səhmdar Cəmiyyəti sənaye müəssisəsi açılacaqdır.
Müəssisə lifli borular buraxacaqdır.