CƏMİYYƏT
“ASAN xidmət” bir qrup Qarabağ müharibəsi veteranına ödənişsiz əsaslarla yeni ümumvətəndaş pasportları vermişdir VİDEO
Bakı, 26 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində “ASAN xidmət” Daxili İşlər Nazirliyi ilə birgə sosial məsuliyyət yönümlü aksiya keçirmişdir.
“ASAN xidmət”-dən AZƏRTAC-a bildirmişlər ki, bayram münasibəti ilə təşkil olunmuş səyyar aksiya çərçivəsində bir qrup Qarabağ müharibəsi veteranına ödənişsiz əsaslarla yeni ümumvətəndaş pasportları verilmişdir.
Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə “ASAN xidmət” bu günədək əlil və sağlamlıq imkanları məhdud 100-ə yaxın uşağa, həmçinin 67 qadın məhkuma səyyar xidmətlər göstərilməsini təmin etmişdir.
Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasındadır. “ASAN xidmət” öz ənənəsinə sadiq qalaraq sosial məsuliyyət yönümlü aksiyaları mütəmadi qaydada həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]