Bakının Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir işləri yekunlaşıb VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Paytaxtın Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri tam olaraq yekunlaşıb. Artıq yenilənmiş küçədə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə küçənin 19 min 500 kvadratmetr sahəsində yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bundan başqa, N.Rəfiyev küçəsində köhnə səki daşları yeniləri ilə əvəzlənib. Küçəyə təqribən 2 min 200 paqonmetr yeni səki daşı düzülüb. Təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub.