Ən təhlükəsiz avtomobillərin reytinq siyahısı açıqlanıb
Bakı, 16 fevral, AZƏRTAC
“Euro NCAP” mütəxəssisləri 2019-cu ilin ən təhlükəsiz avtomobillərinin reytinq siyahısını tərtib edib.
AZƏRTAC xəbər verir ki, qəza testlərinin nəticələrinin dərc olunduğu “CarBuyer” portalının məlumatına əsasən, sərnişinlərin təhlükəsizliyini 96 faiz təmin edən “Mercedes-Benz A-Class” kiçik ailə avtomobili kateqoriyasında ilk yerdə qərarlaşıb. Avtomobil əyləc assistenti, zolaqda saxlama assistenti və sürücünün yorğunluğuna nəzarət edən sistemlə təchiz olunub. Siyahıda ikinci və üçüncü yerləri “Ford Focus” və “Nissan Leaf” avtomobilləri tutub.
Böyük ailə avtomobili kateqoriyasında sınaqdan keçirilən maşınlar arasında sərnişin və uşaqların təhlükəsizliyi baxımından ən yaxşı nəticə göstərən “Audi A6” ilk pillədə yer alıb. Avtomobil sürücüyə ən yeni yardım texnologiyaları ilə təchiz edilib. Reytinqdə növbəti yerlərdə “Mazda 6” və “Volvo V60” avtomobilləri qərarlaşıb.
Krossoverlər arasında ən etibarlı avtomobil isə uşaqlar və böyüklərin təhlükəsizliyini müvafiq olaraq 86 və 89 faiz təmin edən “BMW X5” seçilib. Bu kateqoriyada ikinci və üçüncü yerlərin sahibi “Wolkswagen Touareg” və “Jaguar I-Pace” avtomobilləri olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]
Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir
- 10.08.2026 [10:58]
Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]