“Əvvəl zaman içində” kitabının təqdimatı olub
Bakı, 11 oktyabr, AZƏRTAC
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində “Təhsil” nəşriyyatı və F. Köçərli adına Respublika Uşaq Kitabxanasının tərəfdaşlığı ilə Zahirə Cabirin “Əvvəl zaman içində” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitabda “Özümdən özümə məktub” adlı esse, Qarabağın qədim tarixi mədəni abidələri haqqında 7 nağıl və 7 əfsanə yer alıb. Kitabın redaktoru uşaq yazarı Sevinc Nuruqızı, rəssamı Nərmin Abdullayevadır. “Əvvəl zaman içində” kitabı orta yaş qrupu oxucular üçün nəzərdə tutulub.
Təqdimat mərasimində bildirilib ki, nəşr olunan nağıl və əfsanələr müəllifin zəngin təxəyyülünün məhsuludur. Müəllifin fikrincə Qarabağ haqqında nağıl və əfsanələri yazmaqda əsas məqsədi bu gözəl diyarın qədimliyini oxucuya çatdırmaqdır. Nağıl və əfsanələr uşaq və yeniyetmələrin bir vətəndaş kimi formalaşmasında ədalət və xeyirxahlıq aşılayır, çevik düşüncə və cəsarətli fikir yürütmək bacarığı tərbiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]