Azərbaycan Müəllim İnkişafı Mərkəzi “CELTA” tədris mərkəzi kimi fəaliyyət göstərəcək
Bakı, 21 iyun, AZƏRTAC
Kembric Universitetinin İngilis dili üzrə Qiymətləndirmə (Cambridge Asessment English) bölümü Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) ölkəmizdə ilk rəsmi “CELTA” tədris mərkəzi kimi akkreditə olunduğunu elan edib.
AMİM-dən AZƏRTAC-a bildirilib ki, iyulun 23-dən avqustun 17-dək keçiriləcək kursda dil müəllimlərinə və müəllim olmaq istəyənlərə Azərbaycanda təhsil almaq imkanı təqdim ediləcək. Proqramı beynəlxalq təlimçilər Qari Nikson və Keti Qeraqi aparacaqlar.
“CELTA” yetkin şəxslərə ingilis dili öyrədə bilmək üçün müəllimlərə lazımi bacarıq, bilik və təcrübə aşılayır. Bu mərkəz “Cambridge English”də özünəməxsus statusa malik, dünya miqyasında işəgötürənlər tərəfindən tələb olunan kvalifikasiyadır. Belə ki, Kvalifikasiyalar və Kredit Strukturunda beşinci səviyyəyə malik “CELTA” kvalifikasiyası Böyük Britaniyanın Kvalifikasiya və İmtahan Tənzimləmə İdarəsi (Ofqual) tərəfindən tənzimlənir.
Tədris və öyrənmə kontekstini rəhbər tutan “CELTA” proqramı dil biliklərini, müxtəlif tədris kontekstləri üçün planlaşdırma və resursları, tədrisdə bacarıq və peşəkarlığı inkişaf etdirən 120 saatlıq təlim kursudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [14:53]
BDU kollektivi Ulu Öndərin məzarını ziyarət edib
- 10.05.2026 [11:45]
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub
- 10.05.2026 [11:08]
Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi
- 10.05.2026 [10:12]
İntellektual müstəqilliyin memarı: Heydər Əliyevin elm və təhsil fəlsəfəsi
- 10.05.2026 [09:30]
Heydər Əliyev və Azərbaycan təhsili: milli inkişafın strateji dayağı
- 09.05.2026 [22:25]
NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
- 09.05.2026 [22:59]
Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib
- 09.05.2026 [22:58]
NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb
- 09.05.2026 [22:25]